Vakansiya haqqında
Grand Catering QSC vakansiya elan edir - İnzibati İşlər üzrə Mütəxəssis axtarışındayıq.
Şirkətin inzibati və əməliyyat proseslərinin koordinasiyasında iştirak etmək, xidmət keyfiyyətinin təmin olunmasına, resursların səmərəli idarə edilməsinə və gündəlik fəaliyyətin fasiləsiz təşkilinə töhfə vermək istəyən namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
İnzibati İşlər üzrə mütəxəssis təşkilat və ya iş fəaliyyəti ilə bağlı gündəlik əməliyyatların idarə olunmasına köməklik göstərir.
Keyfiyyətli xidmətin qurulmasına köməklik edir.
Şirkət daxilində müxtəlif proqramların hazırlanmasına köməklik edir, əmlaka, maddi-texniki təchizata nəzarət edilməsinə köməklik göstərir.
Göstərilən xidmətin müqavilənin tələblərinə cavab verməsini və şirkətin poseduralarına uyğun olmasına köməklik edir.
İşin yaxşı gedişi üçün işçilərə qaydalar və proseduralar tətbiqinə köməklik edir.
Müxtəlif məsələləri müzakirə etməli və şirkətin fəaliyyətini daha uğurlu etmək üçün təşkilat planı hazırlamasına köməklik edir.
Xidmət zamanı yaranacaq bütün problemləri (çatdırma zamanı, müştəri narazılığı və işçilərin problemləri) aradan qaldırmaqla yanaşı gələcəkdə yarana bilən hər hansısa çətinliklərin qarşısını almaq üçün qabaqlayıcı tədbirləri görülməsinə köməklik edir.
Gəmilərdə/yeməkxanalarda qida ehtiyatının qurtarmaması üçün ehtiyatların səviyyəsini müəyyən etməyə köməklik edir.
Satınalma şöbəsi ilə sıx əməkdaşlıq etməli və aşpazların keyfiyyət haqqında qeydlərini nəzərə alaraq bütün məlumatları şöbəyə bildirməlidir.
Anbardar ilə sıx əməkdaşlıq etməli.
Gəmi heyətinin idarə edilməsinə nəzarət edir
Tələblər:
Ali təhsil
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
Azərbaycan dili – əla
MS Office proqramlarında və 1C 8.3 işləmək bacarığı
Diqqətlilik və detallara yönümlülük
Məsuliyyətli və operativ yanaşma
Sizə nə təklif edirik?
Şirkət tərəfindən təmin olunan nahar
Korporativ mobil nömrə və danışıq paketi
Peşəkar inkişaf və karyera imkanları
Dinamik və inkişafyönümlü iş mühiti
Ünvan: Bakı şəhəri, Sarabski Plaza
Əmək haqqı: 1100 AZN - NET
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
