Vakansiya haqqında
Handex Əlavə Təhsil Mərkəzi komandamızı böyüdürük.
Vəzifə öhdəlikləri:
WhatsApp, sosial media və telefon vasitəsilə daxil olan müraciətlərin cavablandırılması;
Leadlərlə əlaqə saxlanılması və satış prosesinin idarə edilməsi;
Lead məlumatlarının CRM-də qeydiyyatı və statusların yenilənməsi;
Yeni müştərilərin cəlb edilməsi və satışların həyata keçirilməsi;
Müqavilələrin hazırlanması və ödənişlərin sistemdə qeydiyyatı;
Aylıq satış hesabatlarının hazırlanması.
Tələblər:
Ali təhsil;
Satış sahəsində minimum 1 il iş təcrübəsi; təhsil sektorunda təcrübəsi olan namizədlərə üstünlük verilir;
Güclü ünsiyyət, inandırma və təqdimat bacarıqları;
Müştəri ehtiyaclarını düzgün müəyyənləşdirmək, etirazlarla işləmək və satışla nəticələnən ünsiyyət qurmaq bacarığı;
Nəticəyönümlülük, təşəbbüskarlıq və yüksək məsuliyyət hissi;
MS Office proqramları və internet resurslarından istifadə bacarığı.
Telefon və yazılı kommunikasiya bacarığı;
CRM və MS Office proqramlarında işləmək bacarığı;
Aktiv satış və leadlərlə işləmək bacarığı;
Biz nə təklif edirik?
Rəsmi əmək müqaviləsi;
Əmək haqqı + bonus sistemi;
Peşəkar inkişaf və karyera imkanları;
Şirkətdaxili təlim və inkişaf imkanları;
Dinamik və komanda yönümlü iş mühiti;
Komanda tədbirləri və korporativ fəaliyyətlər
İş şəraiti
İş yeri: Bakı
İş rejimi: Tam iş günü
İş saatları: 10:00-19:00 (I – V), VI gün online
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
