Vakansiya haqqında
İş barədə məlumat
Texniki çertyoj və sxemləri oxumaq və onlara uyğun detalları hazırlamaq
Torna dəzgahlarında silindrik, konusvari və formalı detalların emalını həyata keçirmək
Emal ediləcək detalların dəqiqlik ölçülərini təmin etmək
İş parçasını dəzgaha düzgün bərkitmək və lazımi alətləri seçmək
Kəsici alətləri saz vəziyyətdə saxlamaq və zərurət olduqda itiləmək
Hazır məhsulların ölçülərini mikrometr, ştangensirkul və digər ölçü alətləri ilə yoxlamaq
İş prosesində texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına əməl etmək
Avadanlıqları iş bitdikdən sonra təmizləmək və istismara yararlı vəziyyətdə saxlamaq
İş sahəsini səliqəli və təhlükəsiz vəziyyətdə saxlamaq
Ona həvalə olunmuş işləri vaxtında və keyfiyyətlə yerinə yetirmək
Texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına əməl olunmasını təmin etmək
Avadanlıqların və alətlərin yalnız təyinatına uyğun və düzgün istifadə olunmasını təmin etmək
Texniki tapşırıq və çertyoj tələblərindən kənara çıxmamaq
Ona təhkim olunmuş avadanlıq və materialların qorunmasını və təhlükəsiz saxlanılmasını təmin etmək
Namizədə tələblər
Orta ixtisas və ya peşə təhsili;
Texniki çertyoj və sxemləri oxuma bacarığı;
Torna dəzgahlarında iş təcrübəsi və alətlərin istifadəsi üzrə biliklər;
Təhlükəsizlik texnikası qaydalarını bilmək;
Ən azı 3–5 il müvafiq sahədə iş təcrübəsi arzuolunandır.
İş şərtləri:
İş qrafiki: Həftədə 5 iş günü, saat 08:00-dan 17:00-dək
Əmək haqqı: 800-900 Azn (iş təcrübəsinə uyğun olaraq əmək haqqı dəyişə bilər)
İş yeri: Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi
Əlaqə nömrəsi: 050-231-12-05 (HR)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
