Vakansiya haqqında
İşin təsviri
Texniki və layihə sənədlərinin, hesabatların, aktların və iş jurnallarının hazırlanmasına dəstək olmaq;
Layihə sənədlərini toplamaq, sistemləşdirmək və məlumat bazalarını yeniləmək;
Tikinti sahəsində işlərin gedişatını, görülmüş iş həcmlərini və material istifadəsini izləmək və ilkin uçotunu aparmaq;
Sahədən daxil olan məlumatlar əsasında gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq;
Texniki çertyoj və ilkin layihə eskizlərinin hazırlanmasında iştirak etmək;
Podratçılardan daxil olan sənədlərin və məlumatların toplanmasına və yoxlanılmasına dəstək olmaq;
Material və resurs ehtiyaclarının müəyyənləşdirilməsi və sifarişlərin hazırlanmasında iştirak etmək;
Aşkarlanan uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək;
PÜO, Smeta, Təchizat və digər aidiyyəti şöbələrlə koordinasiyada iştirak etmək;
Tikinti norma və qaydalarına, həmçinin əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət etmək.
Tələblər
Ali təhsil (Tikinti mühəndisliyi və ya oxşar sahə üzrə bakalavr dərəcəsi);
AutoCAD proqramında sərbəst işləmək bacarığı;
MS Word və Excel proqramlarında işləmə bacarığı;
Tikinti layihələrinin oxunması və hazırlanması üzrə biliklər;
Tikinti materialları və texnoloji ardıcıllıq barədə anlayış;
Yüksək məsuliyyət və diqqətlilik;
Komanda ilə işləmək və işə qarşı təşəbbüskar yanaşma.
İş şərtləri
Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
Rəqabətli əmək haqqı və illik bonus;
Əmək haqqı razılıq əsasında təyin olunur;
Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
Nahar şirkət tərəfindən verilir;
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
