Vakansiya haqqında
«RASMAR» MMC mühəndislik, satınalma, logistika və sənaye təchizatı xidmətləri göstərən dinamik inkişaf edən şirkətdir. Mühasibatlıq komandamızı genişləndirmək və maliyyə-vergi əməliyyatlarını peşəkar səviyyədə idarə etmək üçün təcrübəli Mühasib xanım axtarışındayıq.
Ünvan: Bakı şəhəri
Vəzifə Öhdəlikləri
Bütün növ vergi (ƏDV, Mənfəət, Ödəmə Mənbəyindən Tutulan Vergi, Əmlak, Torpaq və s.), DSMF, Statistika və Məşğulluq hesabatlarının hazırlanması və müvafiq dövlət orqanlarına (e-taxes.gov.az, e-sosial.gov.az) vaxtında təqdim olunması;
Mühasibat uçotunun 1C (8.3) proqramında dəqiq və qanunvericiliyə uyğun aparılması;
İdxal-ixrac (gömrük) əməliyyatlarının mühasibat uçotunun aparılması, B3 gömrük bəyannamələri və invoyslar üzrə işlərin icrası;
Elektron Qaimə-Fakturaların (EQF) tərtib olunması, göndərilməsi və daxil olan qaimələrin yoxlanılaraq sistemə daxil edilməsi;
Kassa, bank (Milli və Xarici valyuta hesabları) əməliyyatlarının aparılması və ödəniş tapşırıqlarının hazırlanması;
Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqəsi və son haqq-hesabların hesablanması;
Debitor və kreditor borclarına gündəlik nəzarət, qarşılıqlı üzləşmə aktlarının tərtibi və yoxlanılması;
Aylıq, rüblük və illik daxili maliyyə və idarəetmə hesabatlarının rəhbərliyə təqdim edilməsi.
Namizədə Dair Tələblər
Cins: Xanım;
Təhsil: Ali təhsil (Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat üzrə ali təhsil arzuolunandır);
İş təcrübəsi: Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi (bütün növ hesabatları müstəqil təqdim etmə bacarığı mutləqdir);
Vergi Məcəlləsini və əmək qanunvericiliyini bilməli;
Proqram bilikləri: 1C:Mühasibatlıq (8.3), Microsoft Excel (yüksək səviyyədə), BTP, e-Təchizat və e-Gov portalları ilə sərbəst işləmək bacarığı;
Sənədləşmə, invoys və logistika sənədləri (CMR və s.) ilə işləmə təcrübəsi;
Dillər: Azərbaycan dili (sərbəst), Rus dili (biznes yazışmaları və interfeys səviyyəsində arzuolunandır);
Dəqiqlik, məsuliyyətlilik, analitik təfəkkür və komandada işləmək bacarığı.
İş Şəraiti və Təminatlar
İş qrafiki: 5 gün (09:00 – 18:00);
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmi qeydiyyat;
Peşəkar və mehriban kollektivdə karyera və inkişaf imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Mühüm qeyd: Məktubun mövzu (Subject) hissəsində Mühasib xanım qeyd olunması mütləqdir. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
