Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

166 Yükdaşıma və Logistika

Data Analitik

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

166 Yükdaşıma və Logistika şirkəti “Data Analitik” vakansiyası elan edir. Tələblər: Təhsil: Ali; Təcrübə: Data analitikası sahəsində ən azı 1 il iş təcrübəsi Power BI: Əla səviyyədə biliklər (Power Query, DAX, data modeling, vizuallaşdırma və Dashboard dizaynı); SQL (MySQL): Mürəkkəb SQL sorğuları yazmaq, cədvəl strukturlarını anlamaq və məlumat bazasından performanslı şəkildə məlumat çıxarmaq bacarığı; Python: Data analizi və avtomatlaşdırma üçün Python bilikləri; Analitik düşüncə: Böyük həcmli məlumatlar daxilində qanunauyğunluqları tapmaq, detallara diqqət və nəticələri aydın vizual dildə ifadə etmək qabiliyyəti. Vəzifə öhdəlikləri: Şirkətin müxtəlif mənbələrdən (MySQL verilənlər bazası, Google Sheets, Excel və s.) daxil olan strukturlaşdırılmış və strukturlaşdırılmamış məlumatlarının toplanması, təmizlənməsi və emalı; Power BI platformasında interaktiv, dinamik və biznes tələblərinə uyğun hesabatların (dashboard-ların) qurulması, DAX ölçülərinin və verilənlər modellərinin optimallaşdırılması; Rutin hesabatlıq və məlumatların transformasiyası (ETL) proseslərinin Python skriptləri vasitəsilə avtomatlaşdırılması; MySQL verilənlər bazasından mürəkkəb sorğular vasitəsilə məlumatların çəkilməsi və analizi; Excel və Google Sheets üzərində operativ analizlərin, maliyyə/əməliyyat modellərinin və komandalararası paylaşım cədvəllərinin hazırlanması; Rəhbərliyə və əlaqədar şöbələrə biznes qərarlarının qəbul edilməsində dəstək olmaq üçün məlumatlara əsaslanan analitik rəylərin və tövsiyələrin təqdim edilməsi. İş şəraiti: İş qrafiki: 09:00-18:00; Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq. Ünvan: Zərifə Əliyeva 55.,Yeni Həyat Plaza. Uyğun namizədlərdən CV-lərini “Data Analitik” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.