Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Çin Təbabəti klinikası

Akupunktur Mütəxəssisi (Həkim)

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

İş şəraiti İş yeri: Çin Təbabəti Klinikası Ünvan: Bakı-28 May metrosu yaxınlığı Məşğulluq növü: Yarım iş günü Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq İşin Təsviri: Yeni Klinikamızın komandasına daxil olmaq və pasiyentlərin sağlamlıq problemlərini ənənəvi Çin təbabəti və müasir refleksoterapiya üsulları ilə bərpa etmək üçün təcrübəli Akupunktur Mütəxəssisi axtarırıq. Əsas Öhdəliklər: Pasiyentlərin ümumi sağlamlıq vəziyyətini qiymətləndirmək və fərdi müalicə planı hazırlamaq; Steril iynələrdən istifadə edərək akupunktur (iynəbatırma) seanslarını təhlükəsiz və effektiv şəkildə həyata keçirmək; Ehtiyac olduqda moksoterapiya, vakuum terapiyası (banka) və ya elektro-akupunktur kimi köməkçi üsulları tətbiq etmək; Müalicənin gedişatını izləmək, pasiyent kartlarını mütəmadi yeniləmək və nəticələri sənədləşdirmək; Pasiyentləri müalicə sonrası qulluq, həyat tərzi və qidalanma barədə məlumatlandırmaq. Tələblər: Ali tibbi təhsil (Həkim-refleksoterapevt, nevroloq və ya reabilitoloq ixtisası olanlara üstünlük verilir); Akupunktur və ya Refleksoterapiya sahəsində müvafiq sertifikat/diplom; Sahə üzrə minimum 5 il iş təcrübəsi; İnsan anatomiyası, fiziologiyası və meridian nöqtələri haqqında dərin biliklər; Sanitar-gigiyenik qaydalara və sterilizasiya standartlarına ciddi riayət etmək; Pasiyentlərlə yüksək ünsiyyət, empatiya və etik davranış bacarıqları. Biz nə təklif edirik? Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə; Müasir avadanlıqlarla təchiz olunmuş rahat iş şəraiti; Peşəkar komanda və rəqabətədavamlı əmək haqqı Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Akupunktur Mütəxəssisi" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.