Vakansiya haqqında
Goldex Satış meneceri-operator vakansiyasını elan edir.
Sizə məlumat vermək istərdik ki, Goldex komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Vəzifə öhdəlikləri
Kredit təşkilatlarına müraciətlərin yönləndirilməsi
Müştərilərdən nağd və nağdsız ödənişlərin qəbul edilməsi
Kassa aparatının, POS-terminalın və müvafiq proqram təminatının düzgün istifadəsi
Günlük kassa əməliyyatlarının uçotu və gün sonu kassa hesabatlarının hazırlanması
Kassa üzrə daxilolma və çıxarılmaların düzgünlüyünə nəzarət
Aşkar edilmiş uyğunsuzluqlar barədə dərhal rəhbərliyə məlumat verilməsi
Müştərilərə nəzakətli və operativ xidmətin göstərilməsi
Daxili qaydalara, maliyyə intizamına və məxfilik tələblərinə riayət edilməsi
Tələblər
Komanda ilə işləmə bacarığı
Səlis nitq, məsuliyyətlilik
Riyazi hesablamalarda dəqiqlik
MS Office proqramlarında işləmə bacarığı (1C proqramın bilmək üstünlükdü)
Xanım namizədlərə üstünlük veriləcək
Əlavə məlumat
6 günlük iş qrafiki: 10:00 – 18:00
Əmək haqqı: 600-800 AZN
Ünvan: Şərq Bazarı
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Satış meneceri-operator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
