Vakansiya haqqında
Ineo Group Azərbaycanda Jacadi Paris, Yves Rocher və Mayoral kimi Avropa brendlərinin rəsmi və eksklüziv nümayəndəsidir.
Hazırda şirkətimizdə 1C sisteminin effektiv idarə olunması, uçot və əməliyyat proseslərinin düzgün qurulması, məlumatların dəqiqliyinin təmin edilməsi və sistem üzrə yaranan problemlərin operativ həlli üçün 1C operator vəzifəsi üzrə namizəd axtarırıq.
Əsas vəzifələr:
Helpdesk dəstəyi — mağaza işçilərinin texniki müraciətlərini qəbul edib həll etmək; satış, transfer və sənəd problemlərini operativ aradan qaldırmaq
1C sistem idarəetməsi — nomenklatura yaratmaq/korreksiya etmək, alış/pərakəndə qiymətlər ilə işləmək, aksiyalar qurmaq, inventarizasiyanı faktiki stoka uyğunlaşdırmaq
Sənəd əməliyyatları — sifariş, gəliş, invoys, sənəd yenidənkeçirmə (перепроведение); komplektləşdirmə və dekomplektləşdirmə ilə işləmək
İstifadəçi idarəetməsi — yeni istifadəçi yaratmaq, rol və hüquqları paylamaq, parametrləri konfiqurasiya etmək; məlumat müdafiəsini (hüquqlar, xarici müdaxilənin kontrolu) təmin etmək
Loyallıq kartı proqramı — kart proqramını idarə etmək, problemləri həll etmək, sistemin funksionallığını inkişaf etdirmək
Hesabat və analitika — universal hesabat qurmaq, hesabat formalarını konfiqurasiya etmək, analitik baxışlar hazırlamaq, icra edilmiş işlər üzrə hesabat təqdim etmək
Test və inkişaf — yeni funksionalı test etmək, xətaları aşkar edib düzəltmək, istifadəçilər üçün təlimat hazırlamaq və konsultasiya keçirmək
Namizəd üçün tələblər
Təcrübə: texniki dəstək, IT helpdesk və ya sistem administratoru sahəsində ən azı 1 il iş təcrübəsi
1C bilikləri: 1C:Pərakəndə, 1C:Mühasibat platformasını bilmək; nomenklatura, qiymətlər, istifadəçi hüquqları, inventarizasiya ilə iş bacarığı
Excel: orta-yüksək səviyyə — pivot cədvəl, VLOOKUP/XLOOKUP, filtr, hesabat hazırlamaq
Texniki düşüncə: problemi addım-addım analiz etmək, kök səbəbini tapmaq, sistematik həll tətbiq etmək bacarığı
Kommunikasiya: Azərbaycan və Rus dillərini sərbəst bilmək; texniki məsələləri sadə dillə izah etmək bacarığı
Stressə davamlılıq: çoxlu müraciəti eyni vaxtda idarə etmək, prioritetləşdirmək, operativ cavab vermək
Üstünlük sayılır: retail/pərakəndə sahəsindəki iş təcrübəsi, texniki tapşırıq (TZ) yazma bacarığı, İngilis dili
Biz nə təklif edirik
Stabil və inkişaf etməkdə olan şirkətdə çalışma imkanı
Beynəlxalq brendlərlə iş təcrübəsi
Karyera inkişafı və öyrənmə imkanları
1C və retail prosesləri üzrə praktiki inkişaf imkanı
Dinamik və maraqlı iş mühiti
Yeni ideya və təşəbbüslərə açıq idarəetmə yanaşması
İş şəraiti
İş qrafiki: 6/1, növbəli iş qrafiki, 09:00-dan 16:00-dək, 16:00-dan 22:00-dək
Əmək haqqı: 600 AZN.
Maraqlanan namizədlərdən mövzu sətrində “1C operator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərmələri tələb olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
