Vakansiya haqqında
Təsvir
Təchizatçılardan daxil olan elektron qaimələrin (e-qaimələrin) yoxlanılması və mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi;
E-qaimələr üzrə ilkin sənədlərin (təvil-təslim aktları, hesab-fakturalar və digər təsdiqedici sənədlər) yoxlanılması;
Təchizatçılarla üzləşmə aktlarının hazırlanması, qarşılıqlı hesablaşmaların yoxlanılması və fərqlərin araşdırılması;
Təchizatçılar üzrə kreditor borclarının izlənilməsi, qalıqların yoxlanılması və müvafiq hesabatların hazırlanması;
Daxil olan sənədlərdə aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün aidiyyəti şəxslərlə əlaqələndirmənin aparılması;
Mühasibat uçotu sisteminə (1C) məlumatların düzgün və vaxtında daxil edilməsi, sənədlərin elektron və fiziki arxivləşdirilməsinin təmin edilməsi;
Təchizatçılar üzrə kreditor borclarının yaşlandırma hesabatının (Accounts Payable Aging) hazırlanması, vaxtı keçmiş borcların müəyyən edilməsi və aidiyyəti şəxslərə məlumat verilməsi;
Təchizatçılara ödənişlərin həyata keçirilməsi üçün tələb olunan sənədlərin və məlumatların hazırlanması, ödənişlərin təsdiq edilmiş müqavilə və sifariş şərtlərinə uyğunluğunun yoxlanılmasına dəstək göstərilməsi;
Kreditor borcları üzrə aylıq bağlanış prosesində iştirak edilməsi, hesab qalıqlarının yoxlanılması və maliyyə hesabatlarının hazırlanması üçün zəruri məlumatların təqdim edilməsi.
Tələblər
Təhsil: Ali ( Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və Audit, Menecment ixtisasları)
Təcrübə: Müvafiq sahədə 1-3 il
Sertifikatlar: PMS, ACCA ( F3,F7)
İT üzrə biliklər: MS Office və 1C (və ya digər mühasibatlıq proqramları)
Texniki Bacarıqlar
Vergi Məcəlləsi, Əmək Məcəlləsi üzrə biliklər
Mühasibat uçotu hesablar planı
Mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini
Müvafiq ERP proqramları, BTP və Elektron Hökümət Portalı üzrə işləmək bacarığı
Uçot və hesabatı; hesabatların plan və korrespondensiyasını; hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini; sənədlərin rəsmiləşdirilməsi qaydaları
Səriştəlik
Təşəbbüskarlıq və məsuliyyətlilik
İntizamlılıq və nəticəyə köklənmə
Açıq fikirli və problemi həll etmə bacarığı
Analitik düşünmə qabiliyyəti
Düzgünlük və dəqiqlik
Yüksək təqdimat bacarığı
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Könüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən)
Təlim dəstəyi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
