Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Azersun Holding

Sahə rəisi

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vəzifəyə tələblər: Aqronomluq və ya kənd təsərrüfatı sahəsi üzrə müvafiq ixtisasda ali təhsil; Kənd təsərrüfatı istehsalı və idarəetmə sahəsində minimum 5 il iş təcrübəsi; rəhbər vəzifədə iş təcrübəsi arzuolunandır; Komandanın idarə edilməsi, iş bölgüsünün aparılması, qərarların qəbul edilməsi, tapşırıqların icrasına nəzarət və münaqişələrin effektiv həlli bacarığı; Kənd təsərrüfatı istehsalının planlaşdırılması, aqrotexniki proseslər, büdcə və resursların idarə edilməsi, istehsal göstəricilərinin təhlili üzrə bilik və bacarıqlar; Yüksək liderlik, təşkilatçılıq, analitik düşünmə, ünsiyyət və qərarvermə bacarıqları, məsuliyyətlilik və nəticəyönümlülük; MS Office proqramlarından istifadə bacarığı. Vəzifə öhdəlikləri: Müəssisənin kənd təsərrüfatı fəaliyyətinin ümumi idarə edilməsini təşkil etmək, istehsal proseslərini planlaşdırmaq və onların icrasına nəzarət etmək; Əkin dövriyyəsi, becəriləcək məhsul növləri, əkin sahələrinin bölgüsü və istehsal həcmləri üzrə təklifləri nəzərdən keçirmək və təsdiq üçün rəhbərliyə təqdim etmək; Baş aqronom tərəfindən təqdim olunan istehsal proqnozlarını, məhsuldarlıq göstəricilərini və aqrotexniki tədbirlər planlarını təhlil etmək, zəruri təkmilləşdirmələrlə bağlı təkliflər vermək; Müəssisənin illik, mövsümi, aylıq və gündəlik istehsal planlarının hazırlanmasını təşkil etmək və təsdiq edilmiş planların icrasına nəzarət etmək; Məhsuldarlığın artırılması, istehsal xərclərinin optimallaşdırılması və əmək məhsuldarlığının yüksəldilməsi məqsədilə tədbirlər hazırlamaq və onların icrasını təmin etmək; Əməkdaşların davamiyyətinə, iş vaxtından səmərəli istifadəsinə və əmək intizamına nəzarət etmək, aşkar edilmiş pozuntular barədə müəyyən edilmiş qaydada aidiyyəti struktur bölmələrə məlumat vermək; İstehsal planlarına uyğun olaraq büdcə layihələrinin və əməliyyat xərclərinin hesablanması prosesində iştirak etmək, resurslardan səmərəli istifadəyə nəzarət etmək; Müəssisənin istehsal fəaliyyəti üzrə gündəlik, həftəlik, aylıq, mövsümi və illik hesabatların hazırlanmasını təşkil etmək, istehsal göstəricilərinin təhlilini təmin etmək. İş şəraiti İş ünvanı: Qubadlı İş qrafiki: 5 günlük, bazar ertəsi-cümə günləri 09:00-18:00 Nahar və qalacaq yer şirkət tərəfindən təmin edilir. Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər bilərsiniz. Email-in mövzu hissəsində “Sahə rəisi” qeyd etməyiniz xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.