Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Intermak Group

Ofis meneceri

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

İş şəraiti Ünvan: Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2360 İş rejimi: 6 günlük İş saatları: Həftə içi : 09:30-17:30 6-cı gün: 10:00-16:00 Nahar şirkət tərəfindən təmin olunur. Vəzifə öhdəlikləri Şirkətin veb-saytları üzərindən daxil olan sorğu və müraciətlərin gündəlik izlənilməsi və idarə olunması; Daxil olan sorğuların məzmununa uyğun olaraq aidiyyəti şöbə və əməkdaşlara düzgün və operativ şəkildə yönləndirilməsi; Standart və ümumi xarakterli sorğuların müəyyən edilmiş qaydalara uyğun cavablandırılması; Yönləndirilmiş sorğuların icra vəziyyətinin izlənilməsi və zərurət yarandıqda aidiyyəti şəxslərlə əlaqələndirilməsi; Sorğuların qeydiyyatının aparılması və müvafiq məlumatların sistemləşdirilməsi; Şirkətin ümumi e-mail ünvanına daxil olan məktub və müraciətlərin idarə olunması; Daxil olan telefon zənglərinin cavablandırılması və aidiyyəti şəxslərə yönləndirilməsi; Ofisə gələn qonaqların qarşılanması və düzgün istiqamətləndirilməsi; Şirkətdaxili məlumat və sənədlərin müvafiq şəxslərə çatdırılmasının təmin edilməsi; Gündəlik inzibati və təşkilati işlərin koordinasiyası; Görüşlərin və zəruri hallarda rəhbərliyin iş qrafikinin təşkilinə dəstək göstərilməsi; Ofis ləvazimatları və gündəlik ehtiyacların izlənilməsi; Rəhbərlik tərəfindən verilən digər inzibati və təşkilati tapşırıqların yerinə yetirilməsi. Namizədə tələblər Xanım namizədlər Yaş aralığı:20-30 yaş Ali və ya orta ixtisas təhsili; Minimum 6 ay iş təcrübəsi Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı; Rus və ya ingilis dili biliyi üstünlükdür; MS Office proqramları ilə işləmək bacarığı; E-mail və onlayn müraciət sistemləri ilə işləmək bacarığı; Yüksək ünsiyyət və koordinasiya qabiliyyəti; Məlumatı düzgün analiz edərək aidiyyəti şəxslərə yönləndirmək bacarığı; Operativlik, diqqətlilik və məsuliyyətlilik; Komandada işləmək və peşəkar işgüzar ünsiyyət qurmaq bacarığı. Əsas bacarıqlar Müştəriyönümlülük Sorğuların idarə olunması İşgüzar yazışma Koordinasiya Təşkilatçılıq Operativlik Məsuliyyətlilik Diqqətlilik Komanda işi Təklif olunur 600-800 AZN əmək haqqı; Peşəkar inkişaf imkanları; Nahar şirkət tərfindən təmin olunur. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.