Vakansiya haqqında
Təsvir
Hava yolları üzrə layihələrin icra vəziyyətini izləmək, müvafiq məlumatları toplamaq və təhlil üçün hazırlamaq;
Layihələr üzrə hesabatların, təqdimatların və digər sənədlərin hazırlanmasına dəstək göstərmək;
Layihə planlarının, tapşırıqların və icra müddətlərinin monitorinqini aparmaq;
Aidiyyəti struktur bölmələrlə məlumat mübadiləsini və işlərin koordinasiyasını təmin etmək;
Layihə məlumatlarını sistemləşdirmək və layihə reyestrini aktual vəziyyətdə saxlamaq;
Layihələrin icrası zamanı yaranan gecikmələri və problemləri müəyyənləşdirmək, aidiyyəti şəxslərin diqqətinə çatdırmaq;
Şöbənin fəaliyyət istiqamətlərinə uyğun digər tapşırıqları yerinə yetirmək.
Tələblər
Ali təhsil (bakalavr);
Müvafiq sahə üzrə 1–3 il iş təcrübəsi;
Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək;
MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramlarından istifadə bacarığı;
Layihələrin idarə edilməsi üzrə biliklərə malik olmaq; PMP sertifikatı üstünlük hesab edilə bilər;
Yazılı və şifahi ünsiyyət bacarıqları;
Analitik və problem həll etmə bacarığı;
Təqdimat hazırlamaq və məlumatları strukturlaşdırmaq bacarığı;
Öyrənməyə açıqlıq və dəyişikliklərə uyğunlaşma bacarığı;
Komandada işləmək və müxtəlif struktur bölmələrlə effektiv əməkdaşlıq etmək bacarığı.
İş şəraiti
İş rejimi: 5 günlük
İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
