Vakansiya haqqında
RESM Jewelry zərgərlik sənətini zövq, incəlik və yüksək xidmət mədəniyyəti ilə birləşdirən premium brenddir. Komandamıza yalnız satış etməyi bacaran deyil, RESM brendini peşəkar şəkildə təmsil edə bilən Luxury Sales Consultant axtarırıq.
Əgər zərif ünsiyyətə, estetik zövqə və detallara xüsusi diqqət yetirirsinizsə, sizi komandamızın bir hissəsi olmağa dəvət edirik.
İş şəraiti
6 günlük iş qrafiki
İş yeri: 28 May metrosu yaxınlığı
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
Peşəkar və dəstəkləyici iş mühiti
Əmək haqqı namizədin peşəkar təcrübəsi, bilik və bacarıqları nəzərə alınmaqla, müsahibənin nəticələrinə əsasən müəyyən edilir.
Əsas öhdəliklər
Müştəriləri gülərüz və peşəkar şəkildə qarşılamaq, premium xidmət standartlarına uyğun alış-veriş təcrübəsi yaratmaq.
Müştərinin ehtiyac və zövqünü düzgün müəyyən edərək ona ən uyğun zərgərlik məmulatlarını təqdim etmək.
Məhsulların xüsusiyyətləri, materialı, dizaynı və istifadə qaydaları barədə ətraflı və düzgün məlumat vermək.
Satış prosesini yüksək xidmət etikası və müştəri məmnuniyyəti prinsiplərinə uyğun idarə etmək.
Vitrinlərin estetik görünüşünü, səliqəsini və premium təqdimat standartlarını daim qorumaq.
Müştəri məlumatlarını daxili sistemə daxil etmək və müştəri bazasının inkişafına dəstək vermək.
Tələblər
Xanım namizədlər
Yaş: 20–45
Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı
İngilis dili biliyi üstünlükdür
Satış və ya müştəri xidməti sahəsində iş təcrübəsi
Yüksək ünsiyyət və təqdimat bacarığı
Estetik zövq, etiket və davranış mədəniyyəti
Məhsullara qarşı diqqətli, məsuliyyətli və səliqəli olmaq
Komandada işləmək bacarığı və nəticəyönümlü yanaşma
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
