Vakansiya haqqında
RS Global şirkəti komandamıza qoşulacaq, insan resursları proseslərini idarə edə bilən, məsuliyyətli və ünsiyyət bacarıqları yüksək HR menecer axtarır.
Namizədə dair tələblər
Rus dilini yaxşı səviyyədə bilmək — mütləqdir;
İngilis dili biliyi arzuolunandır;
Ünsiyyət və müsahibə aparmaq bacarığı;
Məsuliyyətli, intizamlı və təşəbbüskar olmaq;
İşləri planlaşdırmaq və bir neçə prosesi koordinasiya etmək bacarığı;
Komanda ilə işləmək və operativ qərar vermək bacarığı;
İnsan resursları sahəsində bilik və ya təcrübə üstünlükdür.
Əsas vəzifə öhdəlikləri
İşə qəbul prosesini idarə etmək: vakansiyaları yerləşdirmək, CV-ləri nəzərdən keçirmək və namizədlərlə müsahibələr təşkil etmək;
Yeni əməkdaşların işə uyğunlaşması (onboarding) prosesini koordinasiya etmək;
Əməkdaşların şəxsi işləri və HR sənədləşməsinin düzgün aparılmasına nəzarət etmək;
Məzuniyyət, davamiyyət və iş qrafikləri ilə bağlı prosesləri izləmək;
Əməkdaşlarla bağlı gündəlik müraciət və məsələləri idarə etmək;
Rəhbərliklə əməkdaşlıq edərək HR proseslərini təkmilləşdirmək və verilən tapşırıqları vaxtında icra etmək.
Təklif edirik
1000 AZN əməkhaqqı;
Peşəkar və işgüzar mühit;
İş bacarıqlarına uyğun inkişaf imkanı.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlavə məlumat üçün +994 99 888 60 61 nömrəsi ilə əlaqə saxlayın.
RS Global — Birlikdə daha böyük hədəflərə.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
