Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
İşçilərin əmək haqqının, avansların və digər ödənişlərin düzgün və vaxtında hesablanması;
İşçilərin əmək haqqından tutulmaların və digər qanunvericiliklə müəyyən edilmiş ödənişlərin düzgün hesablanması;
Əmək haqqı üzrə vergi və sosial ödənişlərə dair məlumatların hazırlanması və müvafiq hesabatların təqdim edilməsi;
Əmək haqqı hesablamaları üzrə mühasibat uçotunun aparılması və müvafiq müxabirləşmələrin işlənməsi;
Məzuniyyət haqqı, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya, xəstəlik müavinəti və digər ödənişlərin hesablanması;
İşçilərin son haqq-hesablarının düzgün və vaxtında aparılması;
Əmək haqqı üzrə bank ödənişlərinin hazırlanması və ödəniş siyahılarının tərtib edilməsi;
Əmək haqqı üzrə məlumatların ƏMAS və digər aidiyyəti sistemlərdəki məlumatlarla uyğunluğunun yoxlanılması;
Əmək haqqı üzrə aylıq hesabatların, cədvəllərin və digər zəruri sənədlərin hazırlanması;
Əmək haqqı hesablamaları ilə bağlı işçilərin müraciətlərinin araşdırılması və müvafiq izahların verilməsi;
Rəhbərlik tərəfindən verilən əmək haqqı və mühasibatlıq üzrə digər tapşırıqların icrası.
İş vaxtı tabelinin yoxlanılması və hesablamaların aparılması;
İnsan resursları və maliyyə komandaları ilə koordinasiyalı iş.
Namizədə tələblər:
Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi (Hotel / Resort / Residence / Retail / FMCG sektorlarında təcrübə üstünlükdür);
Mühasibatlıq proqramları üzrə yüksək biliklər (1C 8.3, Excel)
Analitik düşünmə, problem həll etmə və operativ qərarvermə bacarıqları;
Məsuliyyət və məxfilik prinsiplərinə riayət.
Azərbaycan dilində səlis danışıq (rus dili biliyi üstünlükdür);
Əmək və vergi qanunvericiliyinin əmək haqqına aid müddəaları üzrə biliklər;
İş şəraiti:
Əmək haqqı: namizədin təcrübəsinə uyğun olaraq razılaşma yolu ilə
Nahar şirkət tərəfindən təmin olunur;
İş qrafiki - 5 günlük
Əmək məcəlləsinə uyğun sənədləşmə
Nahar şirkət tərəfindən təmin olunur.
Ünvan: Səbail rayonu, Şıxov qəsəbəsi.
Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Əmək haqqı üzrə mühasib” qeyd etməklə əlaqə nömrəsinə və ya Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur:
Əlaqə - 010 334 17 47
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
