Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Green City Resort & Residence

Marketinq meneceri

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri: Şirkətin ümumi biznes strategiyasına uyğun marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi; İllik və rüblük marketinq planlarının hazırlanması, prioritetlərin müəyyənləşdirilməsi və icrasına nəzarət; Brendin bazarda mövqeləndirilməsi, tanınmasının və rəqabət üstünlüklərinin gücləndirilməsi; Rəqəmsal və ənənəvi marketinq kanallarının effektiv idarə olunması; Reklam kampaniyalarının planlaşdırılması, icrası və nəticələrinin təhlili; Bazarın, rəqiblərin və müştəri davranışlarının araşdırılması, əldə olunan nəticələr əsasında təkliflərin hazırlanması; Marketinq göstəricilərinin (KPI) müəyyənləşdirilməsi və nəticələrin mütəmadi monitorinqi; Potensial müştərilərin cəlbi (lead generation), müştəri bazasının genişləndirilməsi və satış komandası ilə əməkdaşlığın inkişaf etdirilməsi; Marketinq komandasının fəaliyyətinin təşkili, illik və rüblük planların konkret tapşırıqlara, icra müddətlərinə və fərdi KPI-lara bölünməsi, tapşırıqların yazılı şəkildə müəyyənləşdirilməsi və icrasına nəzarət; Daxili komanda, agentliklər və digər tərəfdaşlar arasında iş bölgüsünün təşkili, nəticəyönümlü və şəffaf iş mühitinin formalaşdırılması; Marketinq büdcəsinin planlaşdırılması, xərclərin səmərəli idarə olunması və marketinq fəaliyyətinin maliyyə effektivliyinin qiymətləndirilməsi; Rəhbərlik üçün mütəmadi hesabatların, analitik təhlillərin və təqdimatların hazırlanması; Marketinq proseslərinin təkmilləşdirilməsi, yeni alət və yanaşmaların tətbiqi, iş səmərəliliyinin artırılması. Targeting bilmək önəmlidir Meta reklamlarını tənzimləmə bacarığı Namizədə tələblər: Marketinq, biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil; Marketinq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 2 il iş təcrübəsi; Marketinq strategiyalarının hazırlanması, həyata keçirilməsi və nəticələrinin qiymətləndirilməsi üzrə praktiki təcrübə; Brendin mövqeləndirilməsi, bazar araşdırmaları və rəqabət mühitinin təhlili üzrə bilik və təcrübə; Rəqəmsal marketinq alətləri, reklam kampaniyalarının idarə edilməsi və performans göstəricilərinin təhlili üzrə praktiki təcrübə; Google Analytics, Google Ads, Meta Ads və digər müvafiq rəqəmsal platformalarla işləmək bacarığı; Marketinq büdcəsinin planlaşdırılması, xərclərin optimallaşdırılması və nəticələrin ölçülməsi üzrə təcrübə; Satış və biznesin inkişafı istiqamətləri ilə əməkdaşlıq, müştəri cəlbi və kommersiya nəticələrinin yaxşılaşdırılması bacarığı; Layihələrin planlaşdırılması, iş proseslərinin koordinasiyası və prioritetlərin düzgün müəyyənləşdirilməsi bacarığı; Analitik düşüncə, strateji yanaşma və nəticəyönümlülük; Liderlik, qərarvermə, təşəbbüskarlıq və komanda idarəetməsi bacarığı; Güclü kommunikasiya, təqdimat və hesabat hazırlamaq bacarıqları; MS Office proqramlarından, xüsusilə Excel və PowerPoint-dən yaxşı istifadə bacarığı; Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı, ingilis dili üzrə minimum B2 səviyyəsi. İş şəraiti: Əmək haqqı: (namizədin təcrübəsinə uyğun olaraq razılaşma yolu ilə) Nahar şirkət tərəfindən təmin olunur; İş qrafiki-6 günlük Əmək məcəlləsinə uyğun sənədləşmə Nahar şirkət tərəfindən təmin olunur. Ünvan: Səbail rayonu, Şıxov qəsəbəsi. Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Marketinq meneceri” qeyd etməklə əlaqə nömrəsinə və ya Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur: Əlaqə 010 334 17 47

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.