Vakansiya haqqında
Təsvir
Təmir-tikinti işlərinin gedişatına nəzarət etmək məqsədilə tikinti sahələrinə mütəmadi səfərlər həyata keçirmək, görülən işlərin layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq və nəticələr üzrə yazılı rəy hazırlamaq.
Smeta sənədləri ilə Forma 2 hesabatlarını müqayisə etmək, görülmüş işlərin həcmini və dəyərini yoxlamaq, aşkar edilmiş fərqləri təhlil etmək.
İcra olunmuş təmir-tikinti işlərini yerində yoxlamaq və inşaat mühəndislərindən təhvil almaq, müəyyən edilmiş uyğunsuzluqlar üzrə qüsur aktlarını tərtib etmək.
Təmir-tikinti işləri zamanı aşkar edilən texniki uyğunsuzluqlar və çatışmazlıqlar barədə rəhbərliyi vaxtında məlumatlandırmaq, onların aradan qaldırılması prosesini izləmək.
Təmir-tikinti proseslərinin gedişatı, görülmüş işlərin nəticələri və aşkar edilmiş uyğunsuzluqlar üzrə mütəmadi hesabatlar hazırlamaq və Təmir-tikintiyə nəzarət üzrə Baş mühəndisə təqdim etmək.
Təmir-tikintiyə nəzarət üzrə Baş mühəndisin tapşırıqlarını müəyyən edilmiş müddətlərdə və müvafiq texniki tələblərə uyğun şəkildə yerinə yetirmək.
Tələblər
İnşaat mühəndisliyi və ya müvafiq texniki sahə üzrə ali təhsil;
Təmir-tikinti işləri və tikinti proseslərinə nəzarət sahəsində iş təcrübəsi;
Smeta sənədləri və Forma 2 hesabatları ilə işləmək bacarığı;
Tikinti norma və qaydaları, texniki standartlar və layihə sənədləri üzrə biliklər;
Görülmüş işlərin həcmini və keyfiyyətini qiymətləndirmək, texniki uyğunsuzluqları müəyyən etmək bacarığı;
Microsoft Excel və digər ofis proqramları ilə işləmək bacarığı;
Texniki sənədlərin hazırlanması, hesabatların tərtib edilməsi və yazılı rəy verilməsi bacarığı;
Analitik düşünmə, diqqətlilik və detallara həssas yanaşma;
Məsuliyyətlilik, operativlik və komanda ilə işləmək bacarığı;
Tikinti sahələrinə mütəmadi səfərlər etmək imkanı.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Yanacaq və Amortizasiya xərcləri
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
