Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Az Filter MMC

Direktor köməkçisi / assistenti

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Əməkhaqqı 1000 AZN + (Müsahibə əsasında namizədin bilik və dil səviyyəsinə uyğun müəyyən ediləcək) İşin Təsviri və Öhdəliklər: Direktorun gündəlik iş qrafikinin (görüşlər, zənglər, qəbullar) planlaşdırılması və yüksək səviyyədə idarə edilməsi; Şirkətdaxili sənəd dövriyyəsinin, hesabatların və tərcümə tələb edən rəsmi sənədlərin (müqavilələr, invoyslar, spesifikasiyalar) hazırlanması; Beynəlxalq və yerli rəsmi görüşlərin, iclasların təşkili və protokollaşdırılması; Hüquqi, kommersiya və gömrük/logistika sənədlərinin arxivləşdirilməsi və nəzarətdə saxlanılması. Namizədə dair Tələblər: Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərində mükəmməl yazı, oxu və şifahi danışıq bacarığı; İş təcrübəsi: İstehsalat, ticarət və ya logistika sahəsində fəaliyyət göstərən şirketlərdə müvafiq vəzifə (Asistent, Köməkçi və ya Ofis meneceri) üzrə minimum 1-2 il iş təcrübəsi; Təhsil: Ali təhsil (Biznesin idarə edilməsi, Dilçilik, Beynəlxalq münasibətlər və ya müvafiq sahələr üzrə); Kompüter bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları ilə yüksək səviyyədə işləmək bacarığı; Şəxsi keyfiyyətlər: Yüksək ünsiyyət və analitik düşünmə bacarığı, operativlik, detallara diqqətlilik, çoxşaxəli tapşırıqları idarəetmə (multitasking) və konfidensiallığın qorunması prinsiplərinə sadiqlik. Biz Nə Təklif Edirik? Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun tam rəsmiləşdirilmə; Peşəkar korporativ mühit və dinamik istehsalat/satış komandası; Karyera yüksəlişi və şəxsi inkişaf imkanları. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Əlaqə +994 50 548 64 76

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.