Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Daxil olan sifarişlərin qeydiyyatını aparmaq və müvafiq sistemə daxil etmək;
Elektron sifarişlərin qəbulunu, emalını və icra prosesini izləmək;
Sifarişlərlə bağlı daxil olan məlumatları dəqiqləşdirmək məqsədilə satış nöqtələri ilə əlaqə saxlamaq və sifarişlərin vaxtında və düzgün icrasını təmin etmək;
Satış fəaliyyəti üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanmasında iştirak etmək;
Şirkətlə əməkdaşlıq edən satış nöqtələrinin və müştərilərin məlumat bazasını formalaşdırmaq, mütəmadi olaraq yeniləmək və məlumatların dəqiqliyini təmin etmək;
Sifarişlərin icrası zamanı yaranan sual və problemləri aidiyyəti şəxslərlə koordinasiya etmək;
Satış proseslərinin səmərəli təşkili və məlumat mübadiləsinin təmin edilməsi məqsədilə müvafiq şöbələrlə əməkdaşlıq etmək;
Tərəfdaşlar və müştərilər üçün təşkil olunan tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.
Namizədə dair tələblər
Orta ixtisas və ya ali təhsil;
Satış və ya müştəri xidmətləri sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır;
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; rus və ya ingilis dili bilikləri üstünlükdür;
Yüksək ünsiyyət və təqdimat bacarıqları;
Microsoft Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı;
Məlumatlarla işləmək, sifarişləri sistemləşdirmək və hesabat hazırlamaq bacarığı;
Məsuliyyətlilik, diqqətlilik və detallara həssas yanaşma;
Aktiv, təşəbbüskar və nəticəyönümlü iş yanaşması;
Komandada işləmək və iş proseslərini effektiv şəkildə koordinasiya etmək bacarığı.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Satış üzrə Operator” qeyd etməklə göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
