Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Fred's English mərkəzi

Baş menecer

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Fred’s English komandamıza təhsil sahəsində idarəetmə bacarıqlarına malik, təşəbbüskar, məsuliyyətli və nəticəyönümlü Baş menecer axtarırıq! Ayliq maas 2000+ azn Namizədimiz tədris mərkəzinin gündəlik fəaliyyətinin idarə olunmasını, komandanın koordinasiyasını və xidmət keyfiyyətinin yüksəldilməsini təmin edəcək. Əsas vəzifə və öhdəliklər (Responsibilities) Tədris mərkəzinin gündəlik fəaliyyətinin və inzibati proseslərinin idarə edilməsi; Müəllimlər, inzibati heyət və digər əməkdaşların işinin koordinasiyası; İş proseslərinin planlaşdırılması, tapşırıqların bölüşdürülməsi və icrasına nəzarət; Tədris proqramlarının keyfiyyətinə və tədris standartlarına riayət olunmasına nəzarət; Şagird və valideyn məmnuniyyətinin təmin edilməsi, müraciət və problemlərin operativ həlli; Yeni şagirdlərin cəlb edilməsi, qeydiyyat prosesinin və tələbə bazasının idarə olunması; Müəllimlərin seçilməsi, işə qəbulu və fəaliyyətinin qiymətləndirilməsində iştirak; Mərkəzin inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsinə dəstək; Satış, qeydiyyat və xidmət göstəricilərinin təhlili, aylıq hesabatların hazırlanması; Marketinq və sosial media komandası ilə əməkdaşlıq edərək reklam və tanıtım fəaliyyətlərinin əlaqələndirilməsi; Cambridge English proqramları, IELTS, SAT və digər təhsil istiqamətləri üzrə işlərin koordinasiyası; Beynəlxalq yay məktəbləri, təhsil layihələri və tədbirlərin təşkilində iştirak; Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi və inkişaf təkliflərinin verilməsi. Namizədə tələblər (Requirements) Ali təhsil; İdarəetmə, təhsil və ya müvafiq sahədə iş təcrübəsi; Komanda idarəetməsi və liderlik bacarıqları; Güclü təşkilatçılıq, planlaşdırma və problem həll etmə bacarıqları; Yüksək kommunikasiya və interpersonal bacarıqlar; Microsoft Office və rəqəmsal iş alətlərindən istifadə bacarığı; Azərbaycan dilində səlis danışıq və yazı bacarığı; İngilis dili biliyi — üstünlükdür; Məsuliyyətlilik, təşəbbüskarlıq, operativlik və nəticəyönümlülük; Eyni zamanda bir neçə prosesi idarə etmək və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı. Bu vəzifəyə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi mövzu hissəsində “Baş menecer vakansiyası” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Ünvan: Caspian Business Centre Komandamıza qoşulun və təhsildə keyfiyyətin, inkişafın və uğurun bir hissəsi olun!

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.