Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Azəriş LTD

Kommersiya Direktoru

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

İş qrafiki: Tam iş günü Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir Şirkətimiz kommersiya fəaliyyətinin idarə edilməsi, satış strategiyalarının hazırlanması və biznesin inkişafı istiqamətində təcrübəli, nəticəyönümlü və güclü liderlik bacarıqlarına malik Kommersiya Direktoru axtarır. Vəzifə öhdəlikləri Şirkətin kommersiya strategiyasının hazırlanması və həyata keçirilməsinin təmin edilməsi; Satış və gəlirlilik hədəflərinin müəyyənləşdirilməsi, icrasına nəzarət; Yeni müştərilərin və biznes tərəfdaşlarının cəlb edilməsi; Mövcud müştərilərlə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi; Satış komandasının idarə olunması, motivasiyası və fəaliyyətinin qiymətləndirilməsi; Bazarın, rəqiblərin və müştəri tələbatının təhlil edilməsi; Kommersiya təkliflərinin hazırlanması və müqavilə danışıqlarının aparılması; Satış nəticələrinin təhlili və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi; Şirkətin bazar payının və kommersiya gəlirlərinin artırılması istiqamətində tədbirlərin görülməsi. Namizədə tələblər Biznesin idarə edilməsi, iqtisadiyyat, marketinq və ya müvafiq sahə üzrə ali təhsil; Kommersiya və ya satış sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə idarəetmə təcrübəsi; Strateji planlaşdırma və komanda idarəetmə bacarıqları; Yüksək səviyyədə danışıqlar aparmaq və təqdimat bacarıqları; Analitik düşüncə, qərarvermə və nəticəyönümlülük; Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dillərini bilmək. Vakansiya ilə maraqlanan və tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Kommersiya Direktoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.