Vakansiya haqqında
Grand Automotive Azerbaijan komandamıza qoşulmaq üçün Ducati motosikletlərinin satışı üzrə Satış Məsləhətçisi axtarırıq!
Əsas vəzifələr:
Müştərilərə Ducati motosikletlərinin modelləri, texniki xüsusiyyətləri və üstünlükləri barədə ətraflı məlumat vermək;
Müştərilərin ehtiyaclarına uyğun motosiklet seçiminə kömək etmək;
Satış prosesini idarə etmək və müştərilərlə uzunmüddətli əlaqələr qurmaq;
Yüksək səviyyədə müştəri məmnuniyyətini təmin etmək.
Namizədə tələblər:
Satış sahəsində minimum 3 il iş təcrübəsi;
Azərbaycan dilini sərbəst bilmək;
Rus dilini bilmək üstünlükdür;
Güclü ünsiyyət və müştərilərlə işləmək bacarığı;
Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq;
Motosikletlərə və mototexnikaya marağın olması üstünlükdür.
İş şəraiti:
İş yeri: Ağ Şəhər, Bakı;
İş qrafiki: Həftədə 6 gün;
İş vaxtı: Həftədə 40 saat;
Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir. Əsas əməkhaqqına əlavə olaraq satışdan faiz qazanmaq imkanı mövcuddur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
