Vakansiya haqqında
Booo komandamıza qoşulacaq məsuliyyətli, diqqətli və işinə ciddi yanaşan anbardar axtarırıq!
Vəzifə öhdəlikləri
Anbarda olan avadanlıq, oyun materialları, dekor və digər inventarların qəbulunu və təhvilini həyata keçirmək;
Anbarın səliqəli və sistemli saxlanılmasını təmin etmək;
Tədbir və teambuilding layihələri üçün tələb olunan avadanlıqları siyahı əsasında hazırlamaq;
Tədbirlərdən sonra geri qaytarılan inventarları yoxlamaq, saymaq və yerbəyer etmək;
İnventarların mütəmadi sayımını aparmaq və uçotunu saxlamaq;
İtki, zədə və çatışmazlıqlar barədə rəhbərliyə məlumat vermək;
Zərurət yarandıqda tədbirlərin quraşdırılması və sökülməsi prosesində iştirak etmək.
Namizədə tələblər
Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
Fiziki iş üçün uyğun olmaq;
Komanda ilə işləmək bacarığına sahib olmaq;
Səliqəli və sistemli işləmək bacarığı;
Öyrənməyə və dinamik iş mühitində çalışmağa həvəsli olmaq;
Anbar və inventar uçotu üzrə təcrübənin olması üstünlükdür;
Çevik iş qrafikinə uyğunlaşmaq: tədbirlərin qrafikindən və avadanlıqların qəbulundan asılı olaraq bəzi günlər işə daha erkən başlamaq və ya gec saatlarda işləmək tələb oluna bilər.
İş şəraiti
İş günləri: Bazar ertəsi – Şənbə;
İş saatları: 10:00–18:00;
Tədbirlərin qrafikindən asılı olaraq işə daha erkən başlamaq və ya gec saatlarda işləmək tələb oluna bilər;
Həftəsonları tədbir olduğu təqdirdə işə cəlb olunmaq tələb oluna bilər.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Komandamıza qoşulmaq və bizimlə birlikdə maraqlı layihələrin bir hissəsi olmaq istəyirsinizsə, müraciətinizi gözləyirik!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
