Vakansiya haqqında
Tələblər:
Cins: kişi
Yaş həddi: 25-40 yaş
Ali təhsil (iqtisadiyyat və ya biznesin idarə edilməsi);
Satınalma, məhsul idarəçiliyi və ya satış sahəsində minimum 3 il təcrübə;
Bazar, qiymət və satış təhlili aparmaq bacarığı;
Azərbaycan, rus və ingilis dillərində sərbəst işgüzar ünsiyyət;
Excel proqramında sərbəst işləmək bacarığı (1C biliyi üstünlükdür);
Analitik düşüncə, danışıqlar aparmaq və qərarvermə bacarığı;
Avtomobil və təkər bazarı üzrə təcrübə üstünlükdür.
Öhdəliklər:
Təkər bazarını, rəqibləri və satış göstəricilərini təhlil etmək;
Məhsul çeşidini və qiymət siyasətini formalaşdırmaq;
Anbar ehtiyatlarını təhlil etmək və sifarişləri planlaşdırmaq;
Mövcud təchizatçılarla işləmək və yeni tərəfdaşlar cəlb etmək;
Məhsul məlumatlarının 1C bazasında aktuallığını təmin etmək;
Satış və marketinq komandaları ilə kampaniyalar, məhsul təqdimatları və təlimlər təşkil etmək;
Satışın artırılması üzrə təkliflər və müvafiq hesabatlar hazırlamaq.
İş şəraiti:
İş saatı: 09:00-18:00
Nahar şirkət tərəfindən qarşılanır
İş rejimi: Həftənin 6 günü (şənbə – qısa iş günü), bazar – istirahət
İş yeri: Babək pr., M.H.Kazımov küç., 8
Əmək haqqı: 1500 AZN
Şirkət: Radius Təkər Mərkəzi
Maraqlanan namizədlər CV-ni “Məhsul meneceri” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
