Vakansiya haqqında
ESKARPİNİ ayaqqabı mağazası komandamıza məsuliyyətli, ünsiyyətcil və işini sevən mağaza administratoru axtarır.
Əsas vəzifələr:
Mağazanın gündəlik fəaliyyətinin təşkili və idarə olunması;
Satış prosesinə və işçi heyətinin fəaliyyətinə nəzarət;
Müştərilərin qarşılanması və xidmət keyfiyyətinin təmin edilməsi;
Məhsulların vitrinlərdə düzgün yerləşdirilməsinə və mağazanın səliqəsinə nəzarət;
Məhsul qalığının və satış göstəricilərinin izlənilməsi;
Rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi.
Namizədə tələblər:
Müvafiq sahədə iş təcrübəsi arzuolunandır;
Yüksək ünsiyyət və təşkilatçılıq bacarığı;
Məsuliyyətli, diqqətli və təşəbbüskar olmaq;
Komanda ilə işləmək bacarığı;
Satış sahəsində təcrübə üstünlükdür.
İş şəraiti:
İş yeri: Bakı şəhəri, Qara Qarayev, Tofiq Abbasov küçəsi 38C;
Əməkhaqqı: Müsahibə zamanı razılaşdırılacaq;
İş qrafiki: Ətraflı məlumat müsahibə zamanı təqdim olunacaq.
Əlaqə: +994 50 356 60 50
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
