Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Main Steel MMC

Odoo ERP üzrə mütəxəssis

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Peşəkar bacarıqlarına güvənən, özünü inkişaf etdirməyə maraqlı və dinamik iş mühitində uğur qazanmaq istəyən namizədləri “Main Steel” komandasının bir parçası olmağa dəvət edirik. Vəzifə öhdəlikləri: Odoo ERP sistemi üzərindən maliyyə və mühasibatlıq proseslərinin idarə olunması və optimallaşdırılmasında iştirak etmək; Müxtəlif sistemlər arasında məlumatların inteqrasiyasını təmin etmək və məlumat mübadiləsi proseslərini koordinasiya etmək; Maliyyə və mühasibatlıq əməliyyatlarının avtomatlaşdırılması üzrə həllərin hazırlanması və tətbiqində iştirak etmək; Mövcud biznes proseslərini təhlil etmək, təkmilləşdirmə və avtomatlaşdırma imkanlarını müəyyənləşdirmək; Odoo sistemində məlumatların düzgünlüyünə, tamlığına və ardıcıllığına nəzarət etmək; Sistem üzrə yaranan texniki və funksional problemləri müəyyənləşdirmək, onların aradan qaldırılmasını təmin etmək; Hesabatların hazırlanması və maliyyə məlumatlarının təhlili proseslərini dəstəkləmək; Odoo sisteminin funksionallığının təkmilləşdirilməsi və biznes tələblərinə uyğunlaşdırılması üzrə təkliflər vermək. Vakant vəzifə üzrə tələblər: MS Office proqramlarında işləmək bacarığı; Odoo ERP proqramı üzrə yüksək səviyyədə bilik və praktiki istifadə təcrübəsi; Məlumatların inteqrasiyası və biznes proseslərinin avtomatlaşdırılması prinsiplərini bilmək; Analitik düşünmə, problem həll etmə və məlumatlarla işləmə bacarığı; Diqqətlilik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı; Yeni funksionallıqları öyrənmək və tətbiq etmək bacarığı. İş şəraiti: İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00; Şənbə və bazar istirahət günləri; Nahar fasiləsi: 13:00 – 14:00. Sizə nə təklif edirik? AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə; Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı; Karyera və inkişaf perspektivləri; Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət; Maraqlanan şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır. Ünvan: Nəsimi rayonu, 4 mkr., Mir Cəlal küç.36 D

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.