Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Prior Leasing

Videoqraf / Video Editor

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Prior Leasing yaradıcı düşüncəli Videoqraf / Video Editor axtarır. Namizədə tələblər: Video çəkilişi və montaj sahəsində 1–2 il iş təcrübəsi Video montaj proqramları, rəng korreksiyası və səs emalı üzrə əsas biliklər Sosial media formatları, aktual trendlər barədə məlumatlılıq Kamera, işıq və səs avadanlıqları ilə işləmək bacarığı Yaradıcı düşüncə, estetik zövq və detallara diqqət Komandada işləmək, vaxtı düzgün idarə etmək və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı Regionlara ezamiyyətə açıq olmaq. Vəzifə öhdəlikləri: Korporativ tədbirlər, reklam kampaniyaları və sosial media kontenti üçün video çəkilişləri planlaşdırmaq və həyata keçirmək Çəkiliş avadanlıqlarının hazırlanmasını, quraşdırılmasını və düzgün istifadəsini təmin etmək Mövcud videoqrafla birgə çəkilişlərdə iştirak etmək və çəkilmiş materialları montaj etmək Videoların montajını, rəng korreksiyasını və səs emalını həyata keçirmək, titrlər və qrafik elementlər əlavə etmək Sosial media platformaları üçün qısa və uzun videolar, reklam və korporativ çarxlar hazırlamaq Video materialların korporativ üsluba və brend standartlarına uyğunluğunu təmin etmək, kontent planına əsasən vaxtında təhvil vermək İş şərtləri: İş qrafiki: Həftədə 5 iş günü. İş yeri: Çinar Park Biznes Mərkəzi. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Videoqraf / Video editor qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri və ya https://careers.ram.az/?vacancy=2628&source=UC_HBS8ZI linki vasitəsilə müraciət etmələri xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.