Vakansiya haqqında
İş şəraiti
İş yeri: Ağstafa rayonu
Əmək haqqı: Razılaşma yolu ilə
İş rejimi: 6 günlük iş həftəsi
Karvan L EKO MMC mühasib vəzifəsinə məsuliyyətli, dəqiq və işinə ciddi yanaşan əməkdaş axtarır.
Vəzifə öhdəlikləri:
Ümumi mühasibatlıq işlərinin aparılması;
Debitor və kreditor borclarının uçotunun aparılması və nəzarətdə saxlanılması;
Anbar uçotunun aparılması və məhsul qalığına nəzarət;
Gündəlik mədaxil və məxaric əməliyyatlarının izlənilməsi;
İlkin mühasibat sənədlərinin hazırlanması və yoxlanılması;
Mühasibat əməliyyatlarının düzgün və vaxtında icrasının təmin edilməsi.
Namizədə tələblər:
Mühasibatlıq sahəsində ən azı 3 il iş təcrübəsi;
İş təcrübəsi olmayanlar müraciət etməsin baxılmayacaq;
1C və Logix proqramlarını bilmək;
Ümumi mühasibatlıq, debitor-kreditor və anbar uçotu üzrə biliklər;
Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
İşinə ciddi yanaşmaq və tapşırıqları vaxtında yerinə yetirmək;
Komandada işləmək bacarığı.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
