Vakansiya haqqında
Şirkətimiz əməliyyat proseslərinin təhlükəsizliyinin təmin edilməsi və əmlakın mühafizəsinin təşkili məqsədilə komandasına Mühafizəçi axtarır.
Əsas vəzifə öhdəlikləri:
Müəssisənin ərazisinin, inzibati binaların, istehsalat sahələrinin və digər obyektlərin mühafizəsini təmin etmək;
Müəssisəyə giriş-çıxışa nəzarət etmək, əməkdaşların və ziyarətçilərin giriş-çıxış qaydalarına əməl etməsini təmin etmək;
Müəssisəyə daxil olan və çıxan nəqliyyat vasitələrinə nəzarət etmək;
Əraziyə gətirilən və ərazidən çıxarılan maddi sərvətlərin müvafiq sənədlər əsasında yoxlanılmasını təmin etmək;
Müəssisənin ərazisində mütəmadi müşahidə və nəzarət aparmaq;
Yanğın, oğurluq, qəza və digər fövqəladə hallar zamanı operativ tədbirlər görmək və rəhbərliyi dərhal məlumatlandırmaq;
Müəssisədaxili təhlükəsizlik qaydalarına və müəyyən edilmiş mühafizə prosedurlarına riayət etmək;
Növbə ərzində baş verən hadisələr və aşkar edilmiş nöqsanlar barədə müvafiq qeydlər aparmaq və növbəni təhvil verərkən məlumatları növbəti əməkdaşa çatdırmaq.
Namizədə tələblər:
Mühafizə sahəsində iş təcrübəsi – arzuolunandır;
Orta təhsil – mütləqdir;
Fiziki cəhətdən sağlam və növbəli iş rejimində işləməyə hazır olmaq;
Müşahidəçilik, diqqətlilik və məsuliyyətlilik;
İntizamlı olmaq və daxili əmək qaydalarına riayət etmək;
Gərgin vəziyyətlərdə soyuqqanlı davranmaq və operativ qərar qəbul etmək bacarığı;
Şübhəli hallar və təhlükəsizlik pozuntuları barədə vaxtında məlumat vermək bacarığı;
Komandada işləmək və ünsiyyət qurmaq bacarığı.
İş şəraiti:
İş qrafiki: növbəli iş rejimi;
Əməkhaqqı: müsahibə əsasında müəyyən edilir;
İş yeri: Şamaxı / “Şirvan Aqro” MMC.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühafizəçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
