Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Grossmaster LLC

Mühasib / Daxili maliyyə üzrə mütəxəssis

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Tikinti sahəsində fəaliyyət göstərən şirkətimizə gündəlik maliyyə və mühasibat əməliyyatlarını tam və sistemli şəkildə idarə edə biləcək Mühasib axtarılır. Əsas vəzifələr: Gündəlik kassa əməliyyatlarının aparılması; Bank və ödəniş əməliyyatlarının işlənməsi; Mədaxil və məxaric sənədlərinin uçotu; 1C və Excel proqramlarında gündəlik əməliyyatların işlənməsi; Debitor və kreditor borclarının aktual saxlanılması; Təchizatçı və podratçılarla hesablaşmaların izlənməsi; Əməkhaqqı və daxili hesablaşmalar üzrə məlumatların hazırlanması; İlkin mühasibat sənədlərinin toplanması və yoxlanılması; Layihələr üzrə xərclərin ayrıca uçotunun aparılması; Rəhbərliyə gündəlik pul qalığı və ödəniş hesabatlarının təqdim olunması; Consulting mühasibatlıq şirkəti ilə məlumat mübadiləsinin vaxtında həyata keçirilməsi. Tələblər: Müvafiq sahə üzrə ali təhsil Mühasibatlıq və ya maliyyə sahəsində praktiki iş təcrübəsi; Kassa və bank əməliyyatları üzrə təcrübə; 1C proqramını yaxşı bilmək; Excel proqramında sərbəst işləmək; Debitor/kreditor və ilkin sənədlərlə işləmə bacarığı; Dəqiqlik, məsuliyyət və yüksək iş intizamı; Tikinti şirkətində iş təcrübəsi üstünlükdür. Sınaq müddəti: 3 ay Əməkhaqqı: 1000 - AZN Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.