Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Grossmaster LLC

Direktor müavini

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Tikinti sahəsində fəaliyyət göstərən şirkətimizə gündəlik əməliyyatları sistemli idarə edə bilən, məsuliyyətli və nəticəyönümlü Direktor müavini axtarılır. Əsas vəzifələr: Şirkətin gündəlik ofis və əməliyyat işlərinin koordinasiyası; Direktor tərəfindən verilən tapşırıqların icrasının sonadək izlənməsi; Aktiv tikinti layihələri və sahə rəhbərləri ilə gündəlik koordinasiya; Sahələrdən gündəlik və həftəlik hesabatların toplanması; Sifarişçi və təchizatçılarla cari məsələlərin izlənməsi; Satınalma, ödəniş və sənəd dövriyyəsinin nəzarətdə saxlanılması; Gecikən və problemli məsələlərin vaxtında rəhbərliyə təqdim olunması; Problemlərlə bağlı mümkün həll variantlarının hazırlanması; Həftəlik rəhbərlik hesabatının hazırlanması; Ofis, sahə, mühasibatlıq və təchizat arasında koordinasiyanın təmin edilməsi. Tələblər: Müvafiq sahə üzrə ali təhsil İdarəetmə və təşkilatçılıq bacarığı; Tapşırıqları sonadək izləmək vərdişi; Güclü ünsiyyət və koordinasiya bacarığı; Excel və Microsoft Office proqramlarında işləmək bacarığı; Sənədləşmə və işgüzar yazışma bacarığı; Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq; Tikinti sahəsində iş təcrübəsi üstünlükdür; Rus dili biliyi üstünlükdür. Sınaq müddətində əməkhaqqı 1,800 AZN təşkil edəcək, sınaq müddəti bitdikdən sonra isə nəticələrə əsasən 2,000–2,200 AZN arası dəyişəcəkdir. Sınaq müddəti: 3 ay Əməkhaqqı: 2,000–2,200 AZN Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.