Vakansiya haqqında
Əsas Vəzifə öhdəlikləri:
Tikinti sahəsində işlərin layihə və texniki tələblərə uyğun icrasına nəzarət etmək;
İşçi heyətinin və subpodratçıların fəaliyyətini koordinasiya etmək;
Gündəlik iş planlarını hazırlamaq və icrasını izləmək;
Tikinti işlərinin keyfiyyətinə, təhlükəsizlik qaydalarına və əmək mühafizəsi tələblərinə riayət olunmasını təmin etmək;
Material, texnika və işçi qüvvəsinin səmərəli istifadəsini təşkil etmək;
Görülən işlər üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
Layihə qrafikinə uyğun olaraq işlərin vaxtında tamamlanmasını təmin etmək.
Əsas Tələblər:
İnşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
Sahə rəisi vəzifəsində minimum 3 il iş təcrübəsi;
Tikinti norma və qaydaları, layihə sənədləri ilə işləmə bacarığı;
AutoCAD və Microsoft Office proqramlarında işləmək bacarığı;
Tikinti proseslərinin planlaşdırılması və idarə edilməsi üzrə biliklər;
Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq.
İş şərtləri:
İş məkanı: Azure Biznes Mərkəzi
Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
İş rejimi: 5 gün (həftəiçi)
Nahar: Təmin edilir
Servis Xidməti Mövcuddur
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Sahə rəisi” yazmaqla, öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
