Vakansiya haqqında
İş yeri barədə məlumat:
Syrovarnya Restoranı və Novikov Cafe
Ünvan: Zərifə Əliyeva 2/4.
Vəzifə öhdəlikləri barədə məlumat:
Telefon zənglərinə cavab vermək, rezervasiyaları düzgün qəbul etmək;
Qonaqları qarşılamaq və masaya yönləndirmək;
Menyu təqdim etmək və lazım olduğunda gələn qonaqlara hər hansı bir yemək barəsində ön məlumat vermək;
Qonaqların istək-şikayətləri ilə maraqlanmaq və həmkarlarını bu barədə məlumatlandırmaq.
Namizədə tələblər:
Sahə üzrə mütləq 1-2 il iş təcrübəsi;
İş vaxtı təmiz və nizamlı görünmək;
Effektiv kommunikasiya bacarığı;
Vaxtın düzgün idarə edilməsi bacarığı;
Rus dili biliyi sərbəst, ingilis dili arzu olunandır.
İş şəraiti:
5 günlük iş həftəsi;
İş növbəlidir və qrafik əsasında tənzimlənir;
Nahar təmin edilir;
Gəcə növbəsindən çıxış zamanı nəqliyyat təmin edilir;
Əmək haqqı: 700-800 AZN + bonus.
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Hostess” qeyd edərək göndərməsi xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
