Vakansiya haqqında
Tent, çətir və müxtəlif kölgəlik sistemlərinin istehsalı və quraşdırılması ilə məşğul olan ALTENT MMC şirkətinə işgüzar, məsuliyyətli və bacarıqlı əməkdaşlar axtarılır.
Namizədlərə tələblər:
Yaş həddi: 22–50 yaş
Fiziki işlərə uyğunluq və texniki işlərə bacarıq
Əl alətləri və elektrik avadanlıqları ilə işləmək bacarığı
İşinə məsuliyyətli, dürüst və dəqiq yanaşma
Komandada işləmək bacarığı
Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək
Aşağıdakı bacarıqlara malik namizədlərə üstünlük verilir:
Dəmir qaynaq işlərini bacaran
Drel, laqonda və digər elektrik alətlərindən istifadə etməyi bacaran
Metal konstruksiyaların hazırlanması və yığılması üzrə təcrübəsi olan
Avtomobil idarə etməyi bacaran (sürücülük vəsiqəsi olan)
İstehsalat və montaj sahəsində iş təcrübəsi olan
Tikiş aparatında işləmək bacarığı (şərti)
İş şəraiti:
İş qrafiki: Bazar ertəsi – şənbə
İş saatları: 09:00–18:00
İstirahət günü: Bazar
Əməkhaqqı: 600 - 900 Azn
Ünvan - Binəqədi - Zəngəzurun arxası
Əlaqə: 055 / 050 312 26 16 - Ceyhun bəy
Email Ziko0000@mail.ru
Qeyd - İşinə ciddi yanaşan, öyrənməyə həvəsli və uzunmüddətli əməkdaşlıq etmək istəyən namizədlərin müraciətləri gözlənilir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
