Vakansiya haqqında
İnzibati və ofis idarəetməsi
Ofisin gündəlik inzibati fəaliyyətini təşkil etmək və koordinasiya etmək
Ofis qaydalarını və daxili inzibati prosedurları hazırlamaq, onların tətbiqinə nəzarət etmək
Əməkdaşların gündəlik inzibati ehtiyaclarını koordinasiya etmək
Ofis ləvazimatlarını, inventarı və digər inzibati resursları idarə etmək
Təchizatçılar və xidmət göstərən şirkətlərlə kommunikasiya aparmaq
Ofis infrastrukturu, texniki və təsərrüfat məsələlərini koordinasiya etmək
Rəhbərliyin inzibati tapşırıqlarını icra etmək və koordinasiya etmək
Sənəd dövriyyəsi və arxiv işi
Gələn və gedən sənədləri qeydiyyata almaq, təsnifləşdirmək, aidiyyəti departamentlərə yönləndirmək və lazım gəldikdə arxivləşdirmək
Müqavilə, məktub, rəsmi yazışma və digər korporativ sənədlərin dövriyyəsinə nəzarət etmək
Şirkət məlumatlarını və sənəd reyestrlərini aktual saxlamaq
Reception və qonaqların qəbulu
Reception fəaliyyətini təşkil etmək və gündəlik idarə etmək
Qonaqları qarşılamaq, ofisə giriş prosesini təşkil etmək və onları aidiyyəti şəxslərə yönləndirmək
Gələn zəngləri, sorğuları və ümumi müraciətləri qəbul etmək
Görüşləri və qonaq səfərlərini koordinasiya etmək
Kuryer, poçt və sənəd çatdırılmalarının qəbulunu və göndərilməsini təşkil etmək
Tələblər
Ali təhsil (biznes idarəetməsi, menecment və ya əlaqəli sahə üstünlükdür)
Ofis administrasiyası, reception və ya sənəd dövriyyəsi sahəsində ən azı 2 il iş təcrübəsi
Azərbaycan dilində mükəmməl yazılı və şifahi bilik; ingilis dilində işgüzar səviyyədə ünsiyyət; rus dili bilikləri üstünlükdür
MS Office proqramlarından (Word, Excel, Outlook) və Microsoft Teams-dən sərbəst istifadə
Kargüzarlıq və işgüzar yazışma qaydalarını bilmək
Güclü təşkilatçılıq, prioritetləşdirmə və eyni anda bir neçə tapşırığı idarə etmə bacarığı
Diqqətlilik, məsuliyyət və məxfiliyə riayət
Peşəkar görünüş, xoş ünsiyyət və müştəri yönümlü yanaşma
İmtiyazlar
Könüllü tibbi sığorta
Parking
Korporativ nömrə
Telefon xərcləri
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
