Vakansiya haqqında
Əməkhaqqı: Müsahibə nəticəsinə əsasən təyin edilir.
Vəzifə öhdəlikləri
Şirkət tərəfindən müəyyən edilmiş marşrut və çatdırılma qrafikinə uyğun olaraq məhsulların vaxtında və təhlükəsiz çatdırılmasını təmin etmək;
Məhsulların yüklənməsi və boşaldılması prosesində iştirak etmək, çatdırılma zamanı müvafiq sənədləşməni həyata keçirmək;
Müştərilərlə peşəkar ünsiyyət qurmaq, çatdırılma ilə bağlı məlumatları təqdim etmək və müştəri rəylərini rəhbərliyə çatdırmaq;
İdarə etdiyi nəqliyyat vasitəsinin təmizliyinə və texniki vəziyyətinə nəzarət etmək, aşkar edilmiş nasazlıqlar barədə rəhbərliyə vaxtında məlumat vermək;
Marşrut üzrə yaranan dəyişikliklər və çatdırılmaya təsir edə biləcək hallar barədə birbaşa rəhbəri məlumatlandırmaq.
Tələblər
Minimum 2 il müvafiq iş təcrübəsi (şəbəkələr üzrə təcrübə mütləqdir)
BC kateqoriyalı sürücülük vəsiqəsi;
Ünsiyyət qurmaq bacarığı;
İşə planlı yanaşma;
Komandada işləmək bacarığı;
Öz üzərində daim çalışmaq və təşəbbüskarlıq;
Rus dilini bilmək üstünlükdür.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Sürücü-ekspeditor” qeyd etməklə göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
