Vakansiya haqqında
Vəzifə Öhdəlikləri:
Risklərin Qiymətləndirilməsi: Liman ərazisindəki bütün iş prosesləri (yükləmə-boşaltma, kran əməliyyatları və s.) üzrə riskləri müəyyən etmək və effektiv nəzarət tədbirləri hazırlamaq.
Təhlükəsizlik Təlimləri: İşçi heyəti və subpodratçılar üçün müntəzəm olaraq SƏTƏM qaydaları, ilkin yardım və fövqəladə hallar üzrə təlimlər təşkil etmək və keçirmək.
Sahə Monitorinqi: Liman ərazisində gündəlik təhlükəsizlik baxışları keçirmək, qayda pozuntularını aşkar etmək və onların dərhal aradan qaldırılmasını təmin etmək.
Ətraf Mühitin Mühafizəsi: Tullantıların idarə olunması, dəniz suyunun çirklənməsinin qarşısının alınması üzrə ekoloji standartlara nəzarət etmək.
Sənədləşmə və Dəstək: Müəssisə daxili SƏTƏM prosedur və təlimatlarının hazırlanmasında aktiv iştirak etmək; iş icraçılarına və rəhbər işçilərə təhlükəsizlik məsələlərində metodiki köməklik göstərmək.
Namizədə dair Tələblər:
Təhsil: Ali təhsil (Texniki və ya Mühəndislik arzuolunandır).
Dil bilikləri: Azərbaycan dili - sərbəst, İngilis dili- İntermediate (yazmaq/oxumaq).
Təcrübə: Gəmicilik və ya liman/terminal sahəsində SƏTƏM üzrə minimum 3 il iş təcrübəsi.
Qanunvericilik: Azərbaycan Respublikasının Əmək Məcəlləsi və müvafiq SƏTƏM qanunvericiliyi (normativ-hüquqi aktlar) üzrə biliklər.
Sertifikatlar: Müvafiq beynəlxalq (NEBOSH, IOSH) və yerli SƏTƏM sertifikatları. (arzuolunandır)
Yazılı Ünsiyyət: SƏTƏM sənədlərini, hesabatları və təlimatları hazırlamaq bacarığı.
Təşəbbüskarlıq və İnnovasiya: SƏTƏM sisteminin təkmilləşdirilməsi üçün yeni ideyalar irəli sürmək, iş proseslərini daha təhlükəsiz və səmərəli edəcək müasir həllər təklif etmək qabiliyyəti.
İş Şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
Məkan: Liman ərazisi (Şıxov)
İş vaxtı: 6 günlük, istirahət günü: bazar günü.
Əmək haqqı: 1500-1700 AZN Net
Nahar şirkət tərəfindən qarşılanır
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “SƏTƏM üzrə Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
