Vakansiya haqqında
Newcond şirkəti satış komandamıza qoşulmaq üçün məsuliyyətli, ünsiyyətcil və işində dəqiq olan Satış üzrə operator axtarır.
İş öhdəlikləri
Daxil olan telefon zənglərini cavablandırmaq və müştərilərə operativ dəstək göstərmək;
Kondisioner sistemlərində istifadə olunan avadanlıq və materiallar, eləcə də satış qiymətləri barədə müştəriləri məlumatlandırmaq;
Zərurət yarandıqda satış prosesini həyata keçirmək;
Müştərilərin sifarişlərini və müraciətlərini qəbul etmək və qeydiyyatını aparmaq;
Müvafiq sənədləri hazırlamaq və rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək.
Namizədə tələblər
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Kondisioner sistemlərində istifadə olunan avadanlıq və materiallar haqqında ümumi biliklər;
Microsoft Excel, Word və 1C proqramlarında sərbəst işləmək bacarığı;
Sənədləşmə işlərini aparmaq və texniki məlumatlarla işləmək bacarığı;
Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti;
Məsuliyyətlilik, dəqiqlik, punktuallıq və nizam-intizam qaydalarına riayət etmək;
Komandada işləmək və müştərilərlə düzgün ünsiyyət qurmaq bacarığı.
Rus və ingilis dillərini bilən namizədlərə üstünlük verilir.
İş şəraiti
Əmək haqqı: 500 AZN
Əlavə qazanc: Satış nəticələrinə əsasən bonus;
İş qrafiki: Həftənin 6 günü, saat 10:00-dan 19:00-dək;
İstirahət günləri: Həftədə 1 dəfə istirahət günü;
İş yeri: Ofis şəraiti.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
