Vakansiya haqqında
Nero komandasına direktorun gündəlik fəaliyyətini koordinasiya edəcək, təşkilati və inzibati işlərin effektiv idarə olunmasına dəstək göstərəcək Direktor assistenti axtarılır.
Əsas vəzifələr:
Direktorun gündəlik işlərinin və tapşırıqlarının koordinasiyası;
Rəsmi məktubların, sənədlərin və digər yazışmaların hazırlanması;
Daxil olan və göndərilən sənədlərin idarə olunması və arxivləşdirilməsi;
Görüşlərin təşkili və görüşlər üzrə icra nəzarətinin aparılması;
Direktorun tapşırıqlarının aidiyyəti şəxslərə yönləndirilməsi və icrasının izlənilməsi;
Şirkətdaxili və xarici kommunikasiyanın koordinasiyası;
Hesabatların hazırlanması və məlumatların sistemləşdirilməsi;
Tərəfdaşlar və şirkət nümayəndələri ilə ilkin ünsiyyətin qurulması;
İş proseslərinin daha effektiv təşkili üçün təşəbbüslərin irəli sürülməsi.
Namizədə tələblər:
Ali təhsil;
Səliqəli, məsuliyyətli və təşkilatçı olmaq;
Güclü ünsiyyət və təqdimat bacarığı;
MS Office proqramlarında, xüsusilə Word və Excel-də yaxşı işləmək;
Sənədləşmə və rəsmi yazışma bacarığı;
Zamanın düzgün idarə edilməsi;
Operativlik və analitik düşüncə;
Məxfi məlumatlarla işləmə və etik davranış bacarığı;
Azərbaycan dilində səlis yazılı və şifahi nitq; rus və ya ingilis dili əlavə üstünlükdür.
İş şəraiti:
Əmək haqqı: Fix 600-800 AZN + Bonus
İş qrafiki: 09:00–18:00, həftədə 6 gün
İş yeri: Bakı
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu: Direktor assistenti & Kordinator
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
