Vakansiya haqqında
SKYPARK komandasına Təlimçi tələb olunur.
Əməkhaqqı: 600-650 AZN
Aktiv, məsuliyyətli və insanlarla ünsiyyəti sevən əməkdaşlar axtarırıq.
Əsas vəzifələr:
Qonaqlara attraksion və oyun zonalarında təhlükəsizlik qaydalarını izah etmək;
Qonaqların zonalardan düzgün və təhlükəsiz istifadəsinə nəzarət etmək;
Uşaqlara və valideynlərə ehtiyac olduqda kömək göstərmək;
İş zonasının səliqəsinə və qaydalara riayət olunmasına nəzarət etmək;
Avadanlıqda hər hansı problem aşkar edildikdə rəhbərliyə məlumat vermək;
Qonaqlarla nəzakətli və pozitiv ünsiyyət qurmaq.
Tələblər:
Məsuliyyətli və diqqətli olmaq;
Aktiv və enerjili olmaq;
Uşaqlarla işləməyi və ünsiyyəti sevmək;
Komandada işləmək bacarığı;
Azərbaycan dilində səlis danışıq;
Rus dili biliyi mütləqdir;
İş təcrübəsi arzuolunandır, lakin vacib deyil.
İş təcrübəsi olmayan namizədlərə iş prosesi öyrədiləcək.
CV-ni mövzu hissəsində “Təlimçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz:
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
