Vakansiya haqqında
Təsvir
Mövcud infrastruktur və platforma üzrə texniki sorğuların icrası, dayanıqlılığın və performansın təmin olunması;
Linux əsaslı mühitlərdə yaranan problemlərin operativ diaqnostikası və həlli;
İnfrastrukturun kodla təsviri, dəyişikliklərin təkrarlanan və izlənilən şəkildə tətbiqi;
CI/CD və GitOps proseslərinin qurulması, inkişafı və komandalar üçün dəstəyi;
Monitorinq, alerting və observability vasitələrinin idarə olunması və təkmilləşdirilməsi;
Təhlükəsizlik, ehtiyat nüsxələmə və bərpa tələblərinə uyğun əməliyyatların dəstəklənməsi;
Platforma və infrastruktur proseslərinin avtomatlaşdırılması və sənədləşdirilməsi;
Tələblər
Ali təhsil (İnformasiya texnologiyaları sahəsi üzrə ali təhsil üstünlükdür);
Linux əməliyyat sistemləri üzrə güclü praktiki təcrübə;
İnfrastrukturun kodla idarə olunması və avtomatlaşdırma (Terraform, Ansible);
Konteyner texnologiyaları və konteyner orkestrasiyası (Kubernetes);
CI/CD sxemlərin qurulması və idarə olunması (GitLab CI);
GitOps yanaşması ilə tətbiqlərin və platforma komponentlərinin idarə olunması (Argo CD);
Monitorinq, mərkəzləşdirilmiş log və tracing sistemləri üzrə təcrübə (Prometheus, Grafana, Sentry, Loki);
Şəbəkə əsasları (TCP/IP, DNS, load balancing, firewall) üzrə baza bilikləri;
Virtualizasiya mühitləri ilə iş təcrübəsi (VMware vCloud);
Skript və ya proqramlaşdırma dili üzrə təcrübə (Python, Go və ya Bash);
Secret və konfiqurasiyaların təhlükəsiz idarə olunması barədə təcrübə (Hashicorp Vault);
Azərbaycan dili — sərbəst; İngilis dili — intermediate səviyyədə;
Analitik düşüncə, problem həlli, komanda ilə iş və məsuliyyətlilik.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
