Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Mövenpick Hotel Winter Park Baku

Otaq qulluqçusu (Housekeeping Attendant)

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Mövenpick Hotel Winter Park Baku komandamıza qoşulmaq üçün məsuliyyətli, diqqətli və işinə həvəslə yanaşan namizədləri Otaq qulluqçusu vəzifəsinə dəvət edir! Əsas vəzifə öhdəlikləri: Otel otaqlarının və sanitar qovşaqlarının müəyyən edilmiş standartlara uyğun təmizlənməsi; Otaqlarda təmizlik, səliqə və gigiyenanın təmin edilməsi; Otaqlardakı ləvazimatların yoxlanılması və çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi; Otelin xidmət və keyfiyyət standartlarına riayət edilməsi; Qonaqlara nəzakətli və peşəkar münasibətin göstərilməsi. Namizədə tələblər: Məsuliyyətli, diqqətli və intizamlı olmaq; Komandada işləmək bacarığı; Təmizlik və gigiyena qaydalarına riayət etmək; Müvafiq sahədə iş təcrübəsi arzuolunandır. Biz nə təklif edirik? Beynəlxalq otel mühitində iş təcrübəsi; Peşəkar inkişaf imkanları; Nahar və iş forması ilə təminat. Əlaqə - 050 251 70 12 Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Ünvan: Mövenpick Hotel Winter Park Baku Komandamıza qoşulun və qonaqlarımıza yüksək xidmət təcrübəsi təqdim etməyimizə töhfə verin!

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.