Vakansiya haqqında
TAİS İKF MMC komandamıza məsuliyyətli və təcrübəli “Şirniyyatçı” axtarırıq.
Vəzifə öhdəlikləri:
Müxtəlif növ şirniyyatların, kekslərin, peçenyelərin, desertlərin və un məmulatlarının hazırlanması
Kruasan xəmiri ilə işləmək, xəmirin qatlanması, formalaşdırılması və düzgün mayalanma prosesini təmin etmək
Mayalı xəmirin hazırlanması və texnoloji qaydalara uyğun emal edilməsi
Müxtəlif növ kruasanların, bulkaların və digər un məmulatlarının reseptlərə uyğun hazırlanması
Məhsulların keyfiyyətinə, dadına, teksturasına, görünüşünə və bişmə dərəcəsinə nəzarət edilməsi
İstehsal prosesində reseptura və texnoloji normalara riayət edilməsi
Xammalın düzgün istifadəsini və məhsul itkilərinin minimuma endirilməsini təmin edilməsi
İstehsal avadanlıqlarından düzgün və təhlükəsiz istifadə edilməsi
İş yerinin, avadanlıqların və alətlərin təmizliyini, sanitariya-gigiyena qaydalarına uyğunluğunu təmin edilməsi
İstehsal planına və müəyyən edilmiş iş qrafikinə uyğun işləmək
Namizədə tələblər:
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
Kruasan və mayalı xəmir məmulatlarının hazırlanması üzrə praktiki bacarıq
Xəmirin mayalanması, formalaşdırılması və bişirilməsi proseslərini bilmək
Reseptlərlə işləmək və məhsul keyfiyyətini qorumaq bacarığı
Təmizliyə, məsuliyyətə və komanda işinə önəm vermək
Operativ və keyfiyyətli işləmək bacarığı
İş şəraiti
İş qrafiki: 6 günlük iş rejimi (şənbə qısa iş günü)
Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
Ünvan: Nərimanov rayonu
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Şirniyyatçı” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
