Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Modern Engineering Bureau of Azerbaijan

Takelajçı (Rigger)

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri Dəniz platformasında yükqaldırma və takelaj əməliyyatlarını təsdiq edilmiş prosedurlara və təhlükəsizlik tələblərinə uyğun həyata keçirmək; Quyuların əsaslı təmiri (Workover) əməliyyatları zamanı avadanlıq, boru, alət və digər materialların qaldırılması, daşınması və yerləşdirilməsi işlərində iştirak etmək; Dəniz platformasına gətirilən və platformadan göndərilən yüklərin təhlükəsiz yüklənməsi və boşaldılmasını təmin etmək; Yükün çəkisinə və xüsusiyyətlərinə uyğun strop, kanat, zəncir və digər takelaj vasitələrini seçmək və düzgün istifadə etmək; Yükqaldırma əməliyyatları zamanı kran operatoru ilə koordinasiyalı işləmək, müəyyən edilmiş siqnalları vermək və yüklərin təhlükəsiz istiqamətləndirilməsini təmin etmək; Yükqaldırma avadanlıqlarını və takelaj ləvazimatlarını istifadədən əvvəl vizual yoxlamaq, onların müvafiq yoxlama və sertifikatlaşdırma statusuna nəzarət etmək; Nasaz, zədələnmiş və istifadəyə yararsız yükqaldırma vasitələrini müəyyən etmək və bu barədə rəhbərliyə məlumat vermək; Yükqaldırma əməliyyatları zamanı təhlükəli zonaların təhlükəsizliyinə, yüklərin düzgün bağlanmasına və sabitliyinə nəzarət etmək; Zəruri hallarda müvafiq sertifikat və icazə əsasında avtoyükləyicidən (Forklift) istifadə etmək; SƏTƏM, əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ekoloji tələblərə riayət etmək; Növbə təhvil-təslimini müəyyən edilmiş qaydada həyata keçirmək; Rəhbərlik tərəfindən verilən və vəzifənin mahiyyətinə uyğun digər tapşırıqları yerinə yetirmək. Namizədə tələblər Orta və ya peşə təhsili; Takelajçı (Rigger) və ya oxşar vəzifədə minimum 1 il iş təcrübəsi; Dəniz platformalarında yükqaldırma və takelaj əməliyyatları üzrə iş təcrübəsi üstünlükdür; Neft-qaz sahəsində, xüsusilə qazma və quyuların əsaslı təmiri (Workover) layihələrində iş təcrübəsi üstünlükdür; Yükqaldırma əməliyyatları, yükbağlama üsulları və takelaj avadanlıqları üzrə praktiki biliklər; Strop, kanat, zəncir və digər yükqaldırma vasitələrindən təhlükəsiz istifadə bacarığı; Kran operatoru ilə siqnalvermə və rabitə qaydalarını bilmək; Takelajçı (Rigger) üzrə müvafiq təlim və sertifikatın olması üstünlükdür; Dənizdə işləmək üçün tələb olunan təhlükəsizlik təlimləri və sertifikatlarına malik olmaq (layihənin tələblərinə uyğun olaraq); Forklift idarəetmə sertifikatının olması üstünlükdür; SƏTƏM, əməyin mühafizəsi və sənaye təhlükəsizliyi qaydaları üzrə biliklər; Komandada işləmək, məsuliyyətli və intizamlı olmaq; Növbəli iş rejimində və dəniz şəraitində işləmək imkanı. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.