Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Modern Engineering Bureau of Azerbaijan

Qazma qurğuları üzrə Qaynaqçı

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri Qazma qurğuları, metal konstruksiyalar, çənlər, boru kəmərləri və digər avadanlıqlar üzərində elektrik və qaz qaynaq işlərini yerinə yetirmək; Quyuağzı avadanlıqlarının (Wellhead), manifoldların, boru xətlərinin və metal konstruksiyaların quraşdırılması və sökülməsi zamanı qaynaq işlərini icra etmək; Qazma qurğularının quraşdırılması, sökülməsi və texniki təmiri işlərində iştirak etmək; Qaynaq işlərini texniki tələblərə, layihə sənədlərinə və keyfiyyət standartlarına uyğun yerinə yetirmək; Qaynaq avadanlıqlarının saz vəziyyətdə saxlanılmasını təmin etmək və nasazlıqlar barədə rəhbərliyi məlumatlandırmaq; İş yerində əməyin mühafizəsi, sənaye təhlükəsizliyi, yanğın təhlükəsizliyi və ekoloji tələblərə riayət etmək; İş başa çatdıqdan sonra iş sahəsini və istifadə olunan avadanlıqları səliqəyə salmaq; Rəhbərlik tərəfindən verilən və vəzifənin mahiyyətinə uyğun digər tapşırıqları yerinə yetirmək. Namizədə tələblər Orta və ya peşə təhsili; Müvafiq sahədə və qaynaqçı vəzifəsində minimum 1 il iş təcrübəsi; Elektrik və qaz qaynaq işləri üzrə praktiki bilik və bacarıqlar; Boru kəmərləri, metal konstruksiyalar və qazma avadanlıqlarının qaynağı üzrə iş təcrübəsi; Texniki çertyojları və qaynaq işlərinə dair sənədləri oxumaq bacarığı üstünlükdür; SƏTƏM, əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə biliklər; Komandada işləmək, məsuliyyətli və intizamlı olmaq; Növbəli iş rejimində, quruda və ya dənizdə işləmək imkanı. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.