Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Qafqaz NET LLC

IT Sales Specialist (B2B)

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Komandamıza İT sahəsində satış və biznesin inkişafı istiqamətində çalışacaq mütəxəssis axtarırıq. Əsas vəzifə öhdəlikləri: Potensial korporativ müştərilərin müəyyən edilməsi və yeni biznes əlaqələrinin qurulması; Şirkətin təqdim etdiyi İT məhsul və xidmətlərinin müştərilərə təqdim edilməsi və satışının həyata keçirilməsi; Müştəri görüşlərinin, təqdimatların və kommersiya danışıqlarının aparılması; Mövcud müştərilərlə işgüzar münasibətlərin davam və inkişaf etdirilməsi; Satış hədəflərinin yerinə yetirilməsi və müvafiq hesabatların hazırlanması. Namizədə dair tələblər: B2B satış sahəsində ən az 2 il iş təcrübəsi; İT məhsulları, proqram təminatı və texnoloji həllər haqqında baza bilikləri; Müştərinin ehtiyaclarını müəyyənləşdirərək uyğun İT həllini təqdim etmək bacarığı; Güclü ünsiyyət, təqdimat və müştəri ilə iş bacarıqları. Üstünlük veriləcək namizədlər: Proqram təminatı, şəbəkə həlləri və ya digər İT məhsullarının satışında təcrübəsi olanlar; Texniki komandalarla əməkdaşlıq edərək müştəri tələblərini uyğun həllərə çevirə bilənlər. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan poçt ünvanı üzərindən göndərə bilərlər. Mövzu hissəsində IT Sales Specialist qeyd olunması xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.