Vakansiya haqqında
İş Yeri: Sinteks LLC
Lokasiya: Bakı, Port Baku Mall
Vəzifənin təsviri
Bu vəzifənin rolu mağazada məhsulların alışını və satışını təşkil etməkdir.
Kommersiya və Qeyri-kommersiya məhsulları üzrə sifarişi yerləşdirir.
Brend standartlarına uyğun olaraq mağazada məhsulların yerləşdirilməsini təşkil edir.
Mağazanın və satış nümayəndələrinin aylıq satış hədəflərinin yerinə yetirilməsini təmin edir.
VIP satışlar həyata keçirir.
Müştəri bazasının potensialının böyüməsini və istifadəsini təmin edir.
Müştəri xidməti standartlarına riayət olunmasına nəzarət edir.
Satış heyətinin iş qrafikini hazırlayır və ona nəzarət edir.
Yeni işçilərin adaptasiyasını keçirir (iş qrafiki, komanda üzvləri, mağazanın daxili qaydaları, dress kodlar, həmçinin mağazada mövcud olan məhsulların ölçüləri, tərkibi və qiymətləri, məhsulların anbarda yerləşdiyi yer və saxlama qaydaları).
Mağazanın vaxtında açılıb bağlanmasını təmin edir.
Mağazanın müştərilərin qəbulu üçün hazırlanmasını təşkil edir.
Mağazada olan nöqsanları müəyyənləşdirir və aradan qaldırılması üçün tədbirlər görür.
Mağazada gigiyena, təhlükəsizlik və nizam-intizama riayət olunamsını təmin edir.
Şirkət əmlakının təhlükəsizliyini təmin edir, pozuntular aşkar edildikdə dərhal rəhbərliyə məlumat verir.
Mağazada malları qəbul edir və yoxlamalarda iştirak edir.
Mağazada mövcud olan malların və inventarların saxlanmasına və hərəkətinə nəzarət edir.
“Satış texnikası” və “Müştəri xidməti” mövzusunda təlimlər keçirir.
Mağaza işçiləri üçün məhsul təlimi keçirir.
Satış təmsilçilərinin anbar qalıqlarını mükəmməl bilməsi üçün gündəlik iş aparır
Alış və Satışın təşkili
Əsas vəsaitlərin idarəedilməsi
Mağazanın idarəedilməsi
Tələblər
Professional Biliklər
Müştəri Xidmətləri
Satış Texnikası
Merçendayzinq qaydaları
İngilis dili yaxşı səviyyədə
MS Office Proqramları
Təhsil
Ali təhsil arzuolunandır
İş Təcrübəsi
Müvafiq satış sahəsində ən az 4 il iş təcrübəsi
İdarəetmə sahəsində ən az 2 il təcrübə
Sifariş etmə təcrübəsi
Bonus sistemi ilə işləmə təcrübəsi
Professional Bacarıq və Kompetensiyalar
İdarəetmə bacarığı
Liderlik
Təşkilatçılıq
Satış bacarıqları
Müsahibə aparmaq bacarığı
Təlim keçmə bacarığı
Ünsiyyət bacarıqları
Zamanın idarəolunması
Problem həll etmə
Stressə davamlılıq
Rus Dili bilikləri arzuolunandır
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
