Vakansiya haqqında
Namizәdә tәlәblәr:
İqtisadiyyat, maliyyә vә ya әlaqәli sahә üzrә ali tәhsil;
Müvafiq ixtisas şәhadәtnamәsi üzrә imtahana hazırlaşmağa vә zәruri biliklәri mәnimsәmәyә hazır olmaq;
Ünsiyyәt, komanda ilә işlәmәk vә problemlәrin hәllinә dәstәk göstәrmәk bacarığı;
Dәqiqlik, mәsuliyyәtlilik vә öyrәnmәk hәvәsi;
Azәrbaycan dili - mükәmmәl, Rus vә İngilis dillәri - orta sәviyyә;
Microsoft Office vә digәr müvafiq proqramlar üzrә biliklәr;
Yaş hәddi - 20-25.
Vәzifә öhdәliklәri:
İnvestisiya xidmәtlәrinin aparılmasında vә tәklif edilmәsindә aktiv iştirak etmәk;
Vәzifә üzrә qanunvericiliklә nәzәrdә tutulan ixtisas şәhadәtnamәsini almaq mәqsәdilә müvafiq imtahanı uğurla vermәk;
Müştәrilәri şirkәtin investisiya xidmәtlәri vә әmәliyyatların gedişi barәdә mәlumatlandırmaq;
Müştәri sifarişlәrinin qeydә alınması vә emalı prosesinә dәstәk göstәrmәk;
Daxil olan sorğuların cavablandırılmasında vә yaranan mәsәlәlәrin hәllindә iştirak etmәk;
Aparılan әmәliyyatlar üzrә hesabatların hazırlanmasını tәmin etmәk;
Müştәri vә әmәliyyatlar üzrә mәlumatları toplamaq, düzgünlüyünü vә tamlığını yoxlamaq, müvafiq sistemlәrdә qeydiyyatını aparmaq;
Müştәrilәrә göstәrilәn xidmәtin tәkmillәşdirilmәsi üçün tövsiyәlәr irәli sürmәk;
Sәnәdlәşmә işlәrinin qurulması, tәşkili vә hәyata keçirilmәsindә iştirak etmәk;
Daxili qaydalara, prosedurlara vә mәxfilik tәlәblәrinә riayәt etmәk;
Vәzifә üzrә verilәn digәr tapşırıqları yerinә yetirmәk.
Tәklif edirik:
İş saatları: 09:00 - 18:00;
İstirahәt günlәri: Şәnbә vә Bazar;
Nahar: Şirkәt tәrәfindәn tәmin olunur;
Tibbi sığorta: Tәmin edilir.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
