Vakansiya haqqında
Vəzifə təlimatı:
Xüsusi kağız və parça da daxil olmaqla, boya, vinil və divar kağızlarını divarlara, mebellərə və müxtəlif konstruksiyalara tətbiq etmək;
Boyanmış daxili və xarici səthləri, dekorativ elementləri və qurğuları yoxlamaq və onlara texniki qulluq göstərmək;
Səthləri hazırlamaq, rəngləmək və təmizləmək;
Müvafiq materiallardan istifadə etməklə divar səthlərini yoxlamaq və yeniləmək;
Divarlar üçün uyğun divar kağızı və ya parça seçmək, kəsmək və tətbiq etmək;
Boyama işlərinin icrası üçün obyektin planlarını və təsvirlərini oxumaq;
Boya təchizatını və materiallarını sifariş etmək;
Daxili divarları və tavanları divar kağızı və ya parça ilə örtmək;
Yüksək təzyiqli, kiçik həcmli sprey cihazlarından istifadə etmək;
Müvafiq ixtisası olmayan və ya tam ixtisaslaşmamış işçilərə kömək etmək;
Müxtəlif elektrik və əl alətlərindən istifadə etmək və onların texniki vəziyyətini qorumaq;
İş başa çatdıqdan sonra iş sahəsini təmizləmək, avadanlıq və alətləri aidiyyəti üzrə geri qaytarmaq;
Təmiz iş mühitini təmin etmək;
Boya ləvazimatlarına və avadanlıqlarına nəzarət edilməsində, boya emalatxanalarının təmiz və təhlükəsiz saxlanılmasında texniki xidmət üzrə mühəndisə kömək etmək.
Tələblər
Qeyd olunan vəzifə üzrə azı 1 (bir) il iş təcrübəsi; (hotel təcrübəsi üstünlükdür)
Təmir və lehimləmə işlərini aparmaq bacarığı;
Dəyişkən iş qrafikində işləmək bacarığı;
Əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə biliklər.
Şərtlər:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Həftədə 6 iş günü, 1 gün istirahət;
Əmək haqqı: Razılaşma əsasında
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Rəngsaz” qeyd etməyiniz xahiş olunur
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
